Hava şəraiti kəskin dəyişəcək

  • 23 okt 2016, 15:42
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı var. 
 
Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-9° isti, gündüz 9-11° isti, Bakıda gecə  7-9° isti, gündüz  9-11° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan artıq 770 mm civə sütunundan, 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət   85-95 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarına gəlincə, sabah arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 9-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir.

APA
Oxşar xəbərlər