Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Türkiyədən növbəti terror xəbərləri gəldi
Türkiyədən növbəti terror xəbərləri gəldi
- 16 okt 2016, 16:56
Türkiyənin Hakkari vilayətində terrorçuların yola yerləşdirdiyi bombanın partlaması nəticəsində 1 əsgər şəhid olub.
Anadolu agentliyinin təhlükəsizlik mənbələrinə istinadən verdiyi məlumata görə, əl istehsalı olan partlayıcı Hakkari-Van avtomobil yolunda mina axtaran əsgərlər tərəfindən aşkarlanıb. Ətrafda təhlükəsizlik tədbirləri görülsə də, partlayıcının partladılması zamanı 1 əsgər həlak olub.
Bölgədə terrorçulara qarşı əməliyyata başlanılıb.
............................................
Türkiyənin Qaziantep şəhərində İŞİD terrorçusunun üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində üç polis əməkdaşı şəhid olub.
"Milliyət" xəbər verib ki, terror aktı zamanı daha 8 nəfər yaralanıb. Onlardan dördünün suriyalı olduğu bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları regionda antiterror əməliyyatı keçirir. Bir yaralı terrorçu ələ keçirilib. Polis şəhərdə daha bir "canlı bomba”nı axtarır.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Türkiyədə 1 polis, 2 əsgər şəhid oldu
Türkiyədə hərbi avtomobil partladıldı: yaralılar var
Türkiyədə üç əsgər, iki polis şəhid oldu
Türkiyədə partlayış: 1 şəhid, 7 yaralı
PKK Vanda hərbi maşını atəşə tutub
Hakkaridə 100-dən çox PKK-çı məhv edildi
Türkiyənin bu bölgəsində Novruz qadağan edildi
PKK-ya qarşı əməliyyatda əsgərləri ildırım vurdu
Azərbaycan əsgəri şəhid olub
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti