Ziya Məmmədov getdi onu Cavid Qurbanov əvəzlədi

  • 12 okt 2016, 21:12
Bu gün Azərbaycan Voleybol Federasiyasına yeni prezident seçilib.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Milli Olimpiya Komitəsində baş tutan tədbirdə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov  Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib. İclasda gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Voleybol Federasiyasının prezidenti Nəqliyyat Naziri Ziya Məmmədov idi.
Oxşar xəbərlər