ABŞ-da qasırğa şəhəri yerlə yeksan etdi, 283 ölü

  • 07 okt 2016, 08:35

Haitidə "Metyu” qasırğası 283 nəfərin ölümünə səbəb olub  

 

Haitinin Cənub departamentində  "Metyu” qasırğası qurbanlarının sayı 283 nəfərə çatıb.

 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə "Radio Television Caraibes”-in məlumatında deyilir.

 

Məlumata görə, ən çox ölüm halları – 90 hadisə Şantal kommunasında qeydə alınıb, Lez Anqle kommunasında isə 85 nəfər təbii fəlakətin qurbanı olub. Qasırğa 35 minədək insanı evsiz qoyub. Axtarış-xilasetmə işləri davam etdirilir.  

 

Güclü qasırğa Jeremi şəhərini yerlə yeksan edib – yaşayış məntəqəsində tikililərin 80 faizi tamamilə uçub.   

 

"Metyu” qasırğasının səhər saatlarında ABŞ-ın Florida, daha sonra isə Corciya, Şimali və Cənubi Karolina ştatlarına çatacağı bildirilir.

 

ABŞ prezidenti artıq Şimali və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət rejimi elan edib.  

Oxşar xəbərlər