General Dadaş Rzayevin səhhəti pisləşib

  • 07 okt 2016, 08:09

Azərbaycanın keçmiş müdafiə naziri, Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri general-mayor Dadaş Rzayevin səhhətində ciddi problemlər yaranıb.

Demokratik.Az-ın məlumatına görə, iki gün öncə  general-mayor Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. 

Məlumata görə, keçmiş nazir bir neçə gün öncə qonaqları olan rusiyalı generallara ziyafət verib. Elə həmin məclisdə onun səhəti qəfil pisləşib. General huşunu itirərək yerə yıxılıb. Rzayev təcili tibbi yardım maşını ilə qonaqlıqdan birbaşa xəstəxanaya aparılıb. 

Yaxınları keçmiş nazirin sağlıq durumunun hazırda orta-ağır olduğunu bildiriblər. Generalın müalicəsi davam etdirilir.

 

Demokratik.Az

Oxşar xəbərlər