Maşallah Əhmədovun məhkəməsi başlayır

  • 05 okt 2016, 20:41
Keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Bizimyol.info xəbər verir ki, cinayət işi hakim Mirzə Xankişiyevin sədrlik etdiyi kollegiyanın icraaatına verilib və hazırlıq iclası oktyabrın 11-nə təyin edilib.

M.Əhmədov keçən il dekabr ayının 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata əsasən, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 

Qərardan narazı qalan veteran futbolçu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, təmin edilməyib. 

Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs-qətimkan tədbirini ləğv edib və futbolçu ev dustaqlığına buraxılıb. 

Barəsindəki cinayət işinin ibtidai istintaqı avqust ayında yekunlaşsa da, prokurorluq işdə olan mlki mübahisələrin araşdırılması üçün yenidən araşdırılması üşün ibtidai istintaqa qaytarmışdı. 
Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.
 
Demokratik.Az
Oxşar xəbərlər