İŞİD Mosulda fotostudiyaları bağlatdı

  • 01 okt 2016, 20:42
İŞİD İraqın Mosul şəhərində bütün fotostudiyaların bağlanması haqda qərar çıxarıb.

Demokratik.Az xəbər verir ki, bu barədə "Əs-Sumariya” kanalı məlumat yayıb. Fotostudiyaların qapadılmasının səbəbi açıqlanmır. Lakin məlumdur ki, İŞİD öz üzvlərinə hər hansı foto çəkdirməyi qadağan edib.

İŞİD hal-hazırda İraq ordusunun Mosula hücumuna hazırlaşır. Bir müddət əvvəl təhlükəsizlik çərçivəsində şəhər sakini qadınlara üzü qapadan baş örtüsü geymək qadağan edilmişdi. 


 

Demokratik.Az

Oxşar xəbərlər