Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:59 - 21.07.2018  
Şeyxulislam ərəb turistlərin Bakıya gəlişindən narahatdır?
Tarix: 30-09-2016, 21:32 | Bölmə: ---

Şeyxulislam ərəb turistlərin Bakıya gəlişindən narahatdır?Allahşükür Paşazadə " onların gətirdikləri sərmayə lazım deyil” söyləyir; politoloq isə "təhlükə yoxdur, turizmin inkişafından narahat olmağa dəyməz”, deyir 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Azərbaycana axın edən turistlər barədə verdiyi açıqlama müzakirələrə səbəb olub. Şeyx bildirib ki, Azərbaycana turist kimi gələn, amma dini məsələlərə qarışan qonaqlar diqqətdə saxlanmalıdır.

Onun sözlərinə görə, gələn qonaq sakitcə məsciddə namaz qılıb gedərsə, bu, problem deyil: "Amma elə qonaqlar olur ki, dini işlərə qarışır. Təriqət məsələlərini qabartmaq və qarışıqlıq salmaq istəyirlər. Buna yol vermək olmaz. Onlar Azərbaycanda qarışıqlıq salmaqla fəlakətə səbəb olacaqlarsa, gətirdikləri sərmayə lazım deyil”.

QMİ rəhbərinin ölkəmizdə olan turistlərdən narahatlığı maraq doğurmaya bilməz. Onun fikirlərinin ətrafında mövqelər müxtəlifdir. Bir qisim hesab edir ki, şeyxdə Azərbaycanda olan ərəb turistlərinin dini proseslərə müdaxilə edə biləcəkləri barədə xəbərlər var və QMİ rəhbəri bundan çıxış edərək, narahatlığını dilə gətirir. Digər bir qisim isə düşünür ki, ölkəmizə gələn turistlərin əsasən sünni məzhəbinə aid olması, bəzilərinin isə radikal dini cərəyanlara mənsub olduğu üçün şeyx əsasən şiə ölkəsi olaraq Azərbaycanda bunun ciddi fəsadlar törədə biləcəyini zənn edir. 

Politoloq Qabil Hüseynli "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, turistlərin Azərbaycanda qarışıqlıq yaratmaq, bu istiqamətdə iş görmələri barədə dəqiq məlumat yoxdur: "Azərbaycana artıq ərəb turistlərinin axını başlayıb. Azərbaycan turizmdən ciddi gəlir götürmə mərhələsinə qədəm qoyub. Xalqımız da turizmə yavaş-yavaş alışmağa başlayıb. Məsələn, ərəb turistləri ilk dəfə ölkəmizə gələndə onların yüksək tonla danışmaları bizdə qıcıq oyadırdı. Amma qalan hərəkətləri normal idi. Onların gəlişlərinin Azərbaycanı görmək, burada istirahət etmək arzusundan irəli gəldiyini görmək mümkündür. Ola bilər ki, xarici xüsusi xidmət orqanları, yaxud başqa pozucu qüvvələr bunların beynini doldurub, nəsə pozucu işlər görməyə təhrik etsinlər. Amma Azərbaycanda hüquq-mühafizə və xüsusi xidmət orqanlarının fəaliyyəti kifayət qədər güclüdür. Əslində turist dəstələri xüsusi müşahidə altında bəlli yerlərə gedirlər, bəlli yerlərdə qalırlar, ölkəmizin görməli yerlərini bu şəkildə gəzirlər. Onların insanlarla təmasları da olur. Xüsusən Bakı şəhərində gəzərkən onları sərbəst buraxırlar. Amma turistlər və bizimkilər bir-birilərinin dillərini bilmirlər. 

Yəni qarşılıqlı təmas qurmaq o qədər də asan deyil. Bəli, biz ehtiyatlı olmalı, dövlətçiliyimizi qorumalıyıq. Dini zəmində müxtəlif qarşıdurma yaradanlara qarşı barışmaz olmalıyıq. Amma bunlara görə turist axınının qarşısını almaq, turizmi dayandırmaq düzgün olmazdı. Sadəcə olaraq, bu işdə məsuliyyət daşıyan dövlət orqanları ayıq-sayıq olmalıdırlar. İmkan verilməməlidir ki, onlar dini baxışlarını ölkəmizdə olan dini baxışlara qarşı qoysunlar. Ondan bir təbliğat vasitəsi kimi istifadə edərək, bir növ qarışıqlıq yaratsınlar. 

Belə hallar hələ ki bu il baş vermədi. Gələcəkdə də baş verməməsi üçün Azərbaycanın hakimiyyət orqanlarından çox şey asılıdır. Azərbaycana gələn turistlərin çoxu sünni ərəblər idilər. Səudiyyə Ərəbistanının təəssübkeşi olanlar daha çox idilər. Görünür, bizim şiə mənsubiyyətimiz və onların sünni mənsubiyyətə daxil olmalarının problem yarada biləcəyini düşünən şeyx bu səbəbdən əndişələnir. Zənnimcə, əndişələnmək üçün hələ ki yetərincə faktlar yoxdur. Turizmin inkişafından hələlik narahat olmağa dəyməz”.

 

Demokratik.Az

Xəbər 1581 dəfə oxunub






Oxşar xəbərlər

Sualtı sivilizasiya? yoxsa yadplanetlilərin bazası? - Su pərilərinin sirri
Adnan Oktarın Azərbaycandakı adamının kimliyi açıqlandı (FOTO)
Rusiyalı politoloq erməniləri hədələdi: “Əgər..”
Tramp Çini məhv etmək istəyir? - Milyardlıq vergi
Fədayə Laçının cinayət işi məhkəməyə göndərilib
Atəşkəs rejimi 82 dəfə pozulub
Hələb Türkiyənin nəzarətinə verilir - iddia...
Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır
Nazpəri dilə gəldi: “Sürücü, rəqqas yox, aşıq qızıyam”
Səmra Emin Ağalarovun hədiyyəsinə erotik klip çəkdirdi – VİDEO
Azərbaycan Prezidenti Fransa prezidenti ilə görüşüb - FOTOLAR
Türkiyədən qovulan fahişələr Azərbaycana niyə gəlir? – SƏBƏB
Sabahın hava PROQNOZU!
ŞOK - Putinin öyündüyü silahların sirrini QƏRB ƏLƏ KEÇİRDİ
Ermənilər Plovdivdə at oynadır: kriminal qanunlar…
Azərbaycanda nüfuzlu ziyalı dünyasını dəyişdi
“Biz İnterpolun dəstəyinə çox bel bağlayırıq” - Mehriban Əliyeva
Prezident: “Daxili işlər orqanları daim qabaqlayıcı tədbirlər görməyə hazır olmalıdırlar”
Dilqəm Əsgərovdan niyə məktub gəlmir? - RƏSMİ MÜNASİBƏT
Nazpərini həbs gözləyir – “saxta fəlsəfə doktorluğu”
Yaponiyada daşqınlarda ölənlərin sayı 225-ə çatıb
Prezident Bakının mövqeyini bir daha bəyan etdi: güzəşt limiti bitib
Qərbin “barıt qoxuyan ixrac demokratiya”sı və ya xaos ssenarisi...
Saxta dindarlar üzə çıxarıldı - rəsmi
Erməni şərqşünas Ələkrəm Hümbətovu ifşa etdi - sensasion faktlar
Mədət Quliyev hərbçilərə dərs keçdi - FOTO
İtaliya prezidenti "Heydər Əliyev” ordeni ilə təltif edilib
ABŞ-la Rusiya “mehriban düşmən”ə çevrilir
Vitse-spikerdən Gəncə olayları ilə bağlı ilginc açıqlamalar
Üzeyirdən Qənirə Paşayevaya cavab gəldi
ABŞ-ın yeni Qarabağ planı – Ağ Ev Bakını İrəvanla barışdırır?
Bakıda DYP özbaşınalığı! - Avtobusu sahibindən xəbərsiz cərimə meydançasından çıxarıblar
Yerin dərin qatlarında tonlarla almaz tapıldı
ARDNF-in 2017-ci il büdcəsinin icrası haqqında SƏRƏNCAM
NIKOIL | Bank növbəti bankomatı quraşdırıb
"Azərbaycan yeni geopolitik qarşıdurma meydanına çevrilib" - TƏHLİL
Allahşükür Paşazadə Gəncəyə getdi
Səbaildə Eldar Əzizovu o əvəz edir
Gəncə terrorunun arxasındakı güclər ifşa olunur
Eldar Əzizov Bakı Merinin birinci müavini təyin olundu
Tramp və Putin arasında təkbətək görüş başa çatıb
"Aslanlar” polisi öldürən Gəncə terrorçusunu belə MƏHV ETDİ – FOTOLAR (18+)
Qazaxda bayrağımız bu halda - yerli hakimiyyət hara baxır - FOTO
Müdhiş statistika: 22489 nikah, 6177 boşanma
Rəsmi Tehrandan Gəncə hadisələrinə dair gözlənilən bəyanat...
ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbinə start verildi
DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı
Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb - FOTOLAR
“Heç kim yaxasını qurtara bilməyəcək” – Ərdoğan
HARIN MƏMUR ÖVLADLARI BAKIDA TUNELİ BAĞLAYIB ŞAMPAN İÇDİLƏR – VİDEO
İngilis nazir seks qalmaqalına görə istefa verdi
İranda Azərbaycana qarşı radikal şiə lideri kimdir? - Başçıya sui-qəsdlə bağlı yeni FAKTLAR
İki qadın insan alverinə görə axtarışa verildi - FOTO
DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU
CƏBHƏDƏN: Erməni kəşfiyyat - diversiya qrupu təxribat törədib
Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi
Dünya çempionatının qalibi kim olacaq? - bugünün marağı
İbtidai insanın varlığına dair ən qədim dəlillər tapılıb
Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib
Ermənistan silahlı qüvvələri atəşkəsi 87 dəfə pozub
PA-nın şöbə müdiri Gəncə hadisələrindən yazdı
Ərdoğan Putinlə danışdı: Suriya ilə bağlı - Etiraz
Polkovniklərin ordenləri övladlarına təqdim edildi
Elmar Vəliyevin xəstəxanada çəkilən FOTOSU
Türkiyədə qanlı gecə: 2 il keçdi
Emin Ağalarovun toyundan - Fotolar
"Gəncə işi" - yeni həbslər var: iki sayta cinayət işi qaldırıldı
Səmra ombasının erotik fotosunu paylaşdı - FOTO
Ramil Usubov kollegiya iclası keçirir
Bakının 4 təkərli “hamamları”: PROBLEM

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.09658] initstartout [0.00013] initstartin [0.00062] calstart [0.00807] calend [0.00043] topnewsend [0.00307] rsssend [0.00000] ehgend [0.00555] tagsstart [0.00048] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.07819]