“Azərişıq” sayğacı vətəndaşa 420 manata satır

  • 29 sen 2016, 19:26
Bakı şəhərinin Lökbatan qəsəbəsi, Sabir küçəsi döngə 2, ev 8 ünvanında yaşayan Həmzə Həmidov "Azərişıq" ASC-dən şikayətçidir. O bildirir ki, ev ünvanında sayğacı olduğu halda yeni sayğac quraşdırılıb. "Azərişıq” yeni sayğac üçün vətəndaşdan 420 manat istəyib.

"Bu ilin mart ayında sayğacı dəyişiblər. Bizim sayğac normal işləyirdi. Dəyişirsənsə, bu sənin problemindir. Mən niyə pul ödəməliyəm? İstifadə etdiyimiz elektirk enerjisi ilə bağlı bildirişə hər ay sayğacın pulunu da əlavə edirdilər”,-deyə Həmzə Həmidov "Bizim Yol”-a bildirib. 

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev"Bizim Yol”-a bildirib ki, bütün sahələr üzrə sayğac quraşdırılması laboratoriya, texniki və satış departamentində işləyən əməkdaşlar tərəfindən həyata keçirilir: "İlk növbədə sayğacı olmayan abonentin sayğacı quraşdırılır, çünki sayğac ölçü vahididir. Biz xidmətin keyfiyyətini qaldırmaq üçün texniki şərtləri birbaşa "ASAN" xidmət vasitəsilə həyata keçiririk. Burada əsas məqsəd abonentin problemini tez bir zamanda həll etməkdir. Dövlət rüsumu isə nədir o da ödənilməlidir”.  

Oxşar xəbərlər