ADAU rektoru magistratura pilləsinin 1-ci kurs tələbələri ilə görüşüb

  • 28 sen 2016, 15:03

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor, AMEA-nın müxbir üzvü  İbrahim Cəfərov ənənəsinə sadiq olaraq bu dərs ilinin başlanğıcında da təhsilin magistratura pilləsinin 1-ci kursuna qəbul olan tələbələrlə görüşüb.

Məlumdur ki, magistr pilləsi həm də təhsildə elmi dərəcə hesab edilir. Bu pilləni bitirən tələbələr ali təhsil müəssisələrində bilik və istedadları daxilində işlə təmin olunur.

ADAU-nunmətbuat xidmətindən verilən məlumata görə bu il magitratura təhsili almaq üçün 30 ixtisas və 57 ixtisaslaşma üzrə 158 nəfər tələbə məhz bu universiteti seçib. 112 nəfər magistrant isə təhsilini dövlət sifarişi əsasında alacaq. Magistrantların bir qismi yeni istifadəyə verilən tələbə evində yerləşdirilib.   Tələbələr dərs ilinin başlanğıcında rektorla görüşüb və səmimi söhbət aparılıb.

ADAU-nun rektoru  İbrahim Cəfərov tələblər qarşısında deyib ki, siz bizim üçün əslində kadr bazası hesab edilirsiniz. Eyni zamanda dövlət və elm üçün böyük əhəmiyyət kəsb edirsiniz. Elmin gələcəyi sizlərin əlinizdədir. Odur ki, müəllimlərinizə tələbkar olun və çox öyrənməyə çalışın. Elmi nəzəriyyənin təcrübəyə tətbiqi üçün isə hər cür şərait var və siz bu şəraitdən istənilən formada bəhrələnə bilərsiniz.

Görüşdə tələbələr xaricdə təhsil, iş məsələsi, dil öyrənmək, təcrübələrdə iştirak etmək və başqa suallar səsləndirib və qaldırılan sualların hamısına da müsbət cavablar alıblar.

Demokratik.Az

Oxşar xəbərlər