Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:53 - 14.10.2019  
Əli Əhmədov islahat anonsu verdi
Tarix: 28-09-2016, 11:37 | Bölmə: ---

"Tam mübaliğəsiz deyə bilərəm ki, Azərbaycanı böyük gələcək gözləyir. Referendum bu gələcəyin anonsudur. Ölkəmizdə həyata keçirilməkdə olan iqtisadi islahatlar referendumdan sonra zəruri hüquqi baza və siyasi alət əldə etmiş oldu".

Əli Əhmədov islahat anonsu verdiAxar.az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi, baş nazirin müavini Əli Əhmədov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilən referendumun nəticələrini şərh edən Ə.Əhmədov bildirib ki, bundan sonra islahatlar daha intensiv şəkildə, daha böyük dinamika ilə aparılacaq: "İstənilən cəmiyyətin inkişafı onun iqtisadiyyatına bağlıdır. Azərbaycanda həyata keçirilən islahatların hədəfi ölkə iqtisadiyyatını yeni pilləyə qaldırmaqdır. Yeni iqtisadi modelin yaranması obyektiv zərurətə çevrilib. Elə bir iqtisadiyyat ki, təkcə təbii resurslara deyil, həm də ölkənin bütün potensialının hərəkətə gətirilməsinə istinad etsin. Məlum olduğu kimi, Azərbaycanın böyük iqtisadi potensialı var, lakin ondan tam şəkildə hələ ki, istifadə edilmir. Prezident İlham Əliyevin təşəbbüsü ilə pambıqçılığın, baramaçılığın, ümumiyyətlə, kənd təsərrüfatının digər sahələrinin sürətli inkişafı iqtisadi potensiallardan tam istifadə edilməsi məqsədlərinə xidmət göstərir.

Eyni fikirləri Azərbaycanda sənaye sahələrinin inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin təşəbbüsləri haqqında demək mümkündür. Bu təşəbbüslərin uğur qazanacağı heç kimdə şübhə yaratmır. Bu mənada hesab edirəm ki, çox qısa zamanda ölkəmizdə yeni iqtisadi modelin və onun bəhrələrinin şahidi olacağıq".

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan iqtidarı daim insanların istək və ehtiyaclarına həssas yanaşıb, onların əhval-ruhiyyəsi, bütünlükdə ictimai ovqat diqqətdən kənarda qalmayıb:

"Hazırda hökumətin diqqət fokusunda bir sıra vacib məsələ dayanır və onların üzərində intensiv iş aparılır. Dünya iqtisadiyyatında baş verən böhran və neftin qiymətlərinin kəskin surətdə aşağı düşməsi nəticəsində irəli gələn neqativ meyillərin aradan qaldırılması, düşünürəm ki, öz əhəmiyyətinə görə prioritet vəzifə kimi səciyyələndirilə bilər. Maliyyə-kredit sabitliyinin təmin edilməsi iqtisadiyyatın inkişafının fundamental amili kimi nəzərdən keçirilir.

Baş nazirin müavini bildirib ki, işsizlik səviyyəsinin azaldılması hökumətin prioritet istiqamətləri sırasında mühüm yer tutur: "Qeyd etməyi vacib sayıram ki, son 10 il ərzində Azərbaycanda təxminən 1,2 mln yeni iş yeri açılıb, vaxtilə işsiz sayılan çoxlu sayda insan iş yeri ilə təmin olunub. Lakin nəzərə alınmalıdır ki, həmin 10 il ərzində əhali təxminən 1,5 mln nəfər artmışdır. Əhalinin yüksək artım dinamikası, heç şübhəsiz, cəmiyyətimizin mühüm üstünlüklərindən biridir. Ancaq bu, eyni zamanda, çoxsaylı yeni işçi qüvvəsi deməkdir ki, o da müvafiq sayda yeni iş yerlərinin yaradılmasını tələb edir. Həyata keçirilən islahatlar bu sahədə ciddi inkişafa səbəb olacaq. Xüsusilə, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin verilməsi, "ASAN xidmət” sistemində müvafiq layihənin həyata keçirilməsi ayrıca vurğulanmalıdır. Güman edirəm ki, həyata keçirilən tədbirlər nəticəsində çox qısa zamanda qeyd edilən sahədə ciddi irəliləyiş əldə olunacaq".

O qeyd edib ki, əhalinin ehtiyac duyduğu mənzil probleminin həllinə yeni yanaşma böyük vədlər verir: "Yaxın vaxtlarda insanlarımızın zəif sosial müdafiə olunan hissəsi əlçatan qiymətlərlə mənzil almaq imkanı qazanacaq və əhalinin mənzillə təminatı səviyyəsi əhəmiyyətli dərəcədə yüksələcək".

Baş nazirin müavini deyib ki, idarəetmə mexanizminin təkmilləşdirilməsi gündəmdə duran vacib vəzifələrdəndir: "Bu, təkcə idarəçilik problemi deyil, eyni zamanda, çox ciddi sosial nəticəsi olan məsələdir. Çevik idarəçilik modeli həyata keçirilən iqtisadi və sosial islahatların uğur qazanmasının ümdə şərtlərindəndir. Məmurların vəzifə səlahiyyətlərindən sui-istifadəsi, süründürməçilik kimi hallara, ümumiyyətlə, neqativ meyillərə qarşı mübarizənin daha da gücləndirilməsi insanlarımızın gözləntiləri içərisindədir. Haqqında söhbət etdiyimiz neqativ hallar təkcə insanların hökumətə, hakimiyyət qurumlarına inamını zəiflətməklə kifayətlənmir. Onlar eyni zamanda, insanların həyatını ağırlaşdırır, bir sıra hallarda isə onların ailə büdcəsinə əlavə yükə çevrilir".
Xəbər 2606 dəfə oxunub






Oxşar xəbərlər

PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"
Prezident ailəsinin istirahət FOTOLARI
Arif Hacılı Müsavat Partiyasının yeni başqanı oldu - NƏTİCƏLƏR
Kraliça sarayı təcili tərk etdi - Siçovula görə
Vaqif Dərgahlı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib
Jirinovski şərq mətbəxtindən şikayətləndi
Təhsil nazirindən yeni - TƏYİNAT
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” - S.Rüstəm
Yeniyetmə şahmatçımız dünya çempionu oldu
Lələ Təpə əsgərlərindən İlham Əliyevin nidasına cavab
Müsavat Partiyasının IX qurultayı keçirilir
“Rövnəq Abdullayev istefa verdi” uydurması kimin işi idi...
Dünya qlobal böhrana sürüklənir
Heç kimin görmədiyi “Siyahıyaalma” – Bu saxtakarlıq kimə lazım idi?
Gəncəyə yeni prokuror təyin edilib
Aşqabadda polemika: Əliyev yenidən söz alıb və Paşinyana cavab verib
Gəncənin prokuroru Baş Prokukorluqda yüksək vəzifəyə təyin olundu
“Sən küçəyə lüt çıxa bilərsən? Azadlıqdır da, çıx...”
Rafael Cəbrayılov prokurorluğa çağırılıb
Elmar Vəliyevin 4 milyonluq borcu-QALMAQAL
Göygöl ərazisində naməlum meyit aşkarlanıb
GDU yazılanları yalanlayır - RƏSMİ MÜRACİƏT
Xalq artisti də "Maşın"dan getdi - ŞOU
Bakıdakı qəzada ər-arvad yaralandı
Türk Ordusunun məhv etdiyi terrorçu sayı 277-yə çatdı
Sıla “Barış Pınarı” səbəbindən konsertlərini təxirə saldı
Heydər Əliyev Fondu Mübariz İbrahimovun atasının müalicəsini öz üzərinə götürdü
Çin UFO-ya bənzəyən yeni silah hazırlayıb
Asim Mollazadə: “Azərbaycan diasporu ABŞ-da çox zəifdir”
Əli Kərimlinin yaxın adamının səs yazısı: "Heç kim gəlmir, biabır oluruq" - AUDİO
Fuad Qəhrəmanlı qızlarından imtina etdi – EKSKLÜZİV
“ADAU-nu tanıdaq” layihəsi bu dəfə Şəmkirdə rellaşıb
"AXH"-də "Qadın əməliyyyatı" - Budurmu müxalif siyasi əxlaq ?
İsa Qəmbər Müsavat başqanını seçdi
Moskva Paşinyana qarşı “məxməri inqilab” hazırlayır
Prezident Rusiya nümayəndə heyətini qəbul edib
Firudin Cəlilov danışdı: “...test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”
Beyləqanda döyülərək küçəyə atılan qız ölüb
“Milan” yeni baş məşqçisini açıqladı – Rəsmi
Məzahir Pənahovun qardaşına vəzifə verildi
“Yaltaqlıq cinayət sayılsın” – Məşhur vəkildən təklif
Göyçayda 4900 ABŞ dolları oğurlayan şəxs saxlanılıb
Müsavat başqanlığına iddiaçıların debatı başladı
DTX-nın strukturunda dəyişiklik edildi – Fərman
İki ədəbiyyat abidəsi bir arada – Foto
Əli Kərimli camaatı yürüşə çağırdı, özü niyə gəlmədi ?
"İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı" - Əli Həsənov yazdı
Parlament yekdilliklə yeni Baş nazirə səs verdi
Vahid Əhmədovdan yeni baş nazirə XAHİŞ
Əli Əsədov kimdir? - Baş nazirliyə namizədin ömür yolu
Novruz Məmmədovun istefa xəbəri TƏSDİQLƏNDİ - Baş nazir vəzifəsinə Əli Əsədov gətirilir
Qız qaçırma: məhəbbətin qüdrəti, yoxsa cinayət...
Almaniyanın qapıları azərbaycanlıların üzünə bağlanırmı
Neftin bahalaşması davam edir
Honq Konq niyə Çin olmaq istəmir?
Bu gün Milli Şura piket keçirir (ŞƏRH)
Putin 67 yaşını Tayqa meşələrində qeyd etdi
Vilayət Eyvazov Göygölün yüksək rütbəli rəisləri sərəncama götürüb
“Binə” ticarət mərkəzindəki yanğın söndürülüb
“Lion” klubu baş məşqçisini qovub
Türkiyə Suriyanın şimalında əməliyyata hazırdır
Şəmkir Prokurorluğu bələdiyyə sədri ilə sakinin "namus davası"nı araşdırır
Mir Şahin Milli Şura üzvünün ŞOK səs yazısını yaydı – VİDEO
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
Salman Farsinin həyatı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.34014] initstartout [0.00023] initstartin [0.00103] calstart [0.01564] calend [0.00077] topnewsend [0.00623] rsssend [0.00000] ehgend [0.02431] tagsstart [0.00119] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.29066]