Türkiyədən ABŞ-a bəyanat: 'Bu qəbuledilməzdir'

  • 26 sen 2016, 21:22
PYD, YPG və PKK kimi terror təşkilatları kürdləri təmsil etmir.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu "Fransa 24” kanalına açıqlamasında deyib.
O, terror təşkilatları ilə mübarizədə ABŞ-ın bəzən yanlışlığa yol verdiyini bildirib:
 
"Hər kəs razılaşmaya əməl etməlidir, əks təqdirdə müttəfiq olmağımızın, İŞİD-ə qarşı qüvvələri birləşdirməyimizin bir mənası olmaz. Bir terror qruplaşması ilə mübarizə apararkən başqa terrorçulara bel bağlamaq, onları silahlandırmaq çox təhlükəlidir. ABŞ həmişə terrorla mübarizə aparıb. Ancaq Ankarada törədilən 2 terror hadisəsinin iştirakçıları ABŞ-ın silah verdiyi kamplardan gələn adamlar idi. Bu qəbuledilməzdir”.
 
Demokratik.Az
Oxşar xəbərlər