Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:41 - 25.05.2019  
50 milyondan şəhid ailəsinə niyə heç nə çatmır?
Tarix: 21-09-2016, 21:32 | Bölmə: ---

Bizimyol.info Azərbaycan Dövlət Sığorta Şirkəti -"Azərsığorta”-nın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il Dövlət Sığorta Kommersiya Şirkətinin cəmi gəlirləri 52 077 985, xərcləri 48 700 850,3 manat olub. 

52 milyon qazanıb, 48,7 milyon xərcləyib

Əsas əməliyyat gəliri 51 723 254,72 manatdır. Gəlirlərdə birbaşa sığorta haqları 41 092 212 manat, sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə 7 211 196,64 manat, təkrarsığortaya verilmiş müqavilələr əsasında komissyon muzdlar üzrə 3 419 846,08 manat olub. İnvestisiya gəlirləri 165 468 manat, subroqasiya gəlirləri 10 725 manat, sair gəlirlər 178 632 manat təşkil edib. Xərclər hissəsində sığorta ödənişləri və sığorta məbləğləri üzrə 13 167 310 manat, qaytarılan sığorta haqları üzrə tənzimləmə xərcləri 38 332 manat, təkrarsığortaya verilmiş sığorta haqları üzrə 26 981 179,35 manat, işlərin aparılması xərcləri 7 109 870,95 manat, sair xərclər 1 404 158 manat göstərilib. Hesabat dövründə xalis mənfəət (zərər) 3 377 134,71 manat qeyd olunub.

50 milyondan şəhid ailəsinə niyə heç nə çatmır?Qanun sığortanı almağı qadağan etmir

Şirkət 20 ildir Qarabağ müharibəsində şəhid olanların ailələrini süründürür, onlara çatacaq sığorta haqqını verməkdən boyun qaçırır. Şəhid ailələri, Qarabağ müharibəsi veteranları da dəfələrlə bir araya gəlib Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, "Azərsığorta"nın qarşısında etiraz aksiyaları keçiriblər. Məsələ parlamentin iclaslarında müzakirə olunsa da disskusiyadan uzağa gedə bilməyib, konkret qərar qəbul qəbul olunmur. Sığorta ödənişlərinin icrasının bu illər ərzində gecikməsinə "Azərsığorta” ASC-dən verilən açıqlamada deyilib ki, ödənişlər yalnız ərizə olduğu halda icraata götürülür. Lakin müəyyən olunmuş məbləği almaq üçün vaxtında müraciət etmək lazımdır. Çünki qanunvericiliyin tələbinə əsasən, şəhid ailəsi hadisə baş verəndən sonra 3 il müddətində müvafiq quruma müraciət etməlidir. Əks təqdirdə icbari sığorta ödınişini almaq hüququnu itirmiş hesab olunur. Belə halda yeganə yol məhkəmə qərarıdır. 

"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 7-ci maddəsinə görə, sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən üç il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ var. Amma burada yazılmı ki, 3 il keçəndən sonra o hüququnu itirir. Konstitusiya Məhkəməsinin rəyi 3 il ərzində müraciət etməyən şəhid vərəsələrinə həmin sığorta pulunun verilməsini tələb edir. Məhkəmələr də şəhid ailələrinin iddialarını haqlı sayaraq, qanunla ödənilməli olan məbləği dövlət icbari sığorta ödənişinin verilməsi vəzifəsinə cavabdeh Dövlət Sığorta Şirkəti "Azərsığorta”nın üzərinə qoyub. Oratada rəy və məhkəmə presedenti var, eyni məsələyə görə fərqli qərarlar çıxarıla bilməz. Şirkət də bu qərarı əsas tutub onu bütün müraciətlərə tətbiq etməlidir. Amma 50-yə yaxın məhkəmə qərarı "Azərsığorta” tərəfindən icra olunub, çoxlu sayda müraciətlər və qərarlar isə qalır ki, şirkət hələ də onlara əməl etmir. 

"Naz-Lifan” qiymətinə həyat

"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanuna görə, hərbi qulluqçunun həyatı dövlət tərəfindən 11 000 manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında - 110 manat müəyyən edilir. Şəhid olan əsgər və zabitlər arasında kompensasiyanın məbləği onların daşıdığı rütbəyə görə dəyişmir, həlak olan əsgərlə zabit ailəsi dövlət tərəfindən eyni məbləğdə kompensasiya alır. Bu pul təzə bir rus avtomobili, ya da "Naz-Lifan”-ın qiymətidir. Hərbçi yaralandıqda, əlillik dərəcəsi aldıqda ona qanunamüvafiq sığorta haqqı ödənilir. Hərbi qulluqçu 1-ci qrup əlil olarsa 8 min manat, 2-ci qrup 6 600 manat, 3-cü qrup 4 400 manat alır. Xəsarət aldığı halda isə, hərbiyə yararsız tərxis olanda 2 700 manat verilir. Prokurorluq və daxili işlər orqanlarında çalışanlarda sığorta haqqı nisbətən yüksəkdir. Ölüm halında onlara 5 illik əməkhaqqı, yemək, paltar pulu hesablanır, bu isə 17-18 min manat civarındadır.   

30 milyon ödənişə qarşı cəmi 1 milyon 

Kiçik bir hesablama aparaq. Ölkədə orudunun şəxsi heyəti ilə bağlı rəqəmlər ondan xəbər verir ki, dövlət "Azərsığorta”ya təkcə əsgərlərimiz üçün hər il 30,8 milyon manat pul ödəyir. Biz hələ polis, prokurorluq, milli təhlükəsizlik və digər orqanların əməkdaşlarını demirik. O hesabla saya baxılsa, şirkətin sığorta gəlirləri ilə bağlı göstərdiyi rəqəmlər reallığı əks etdirmir. Hər halda dövlətin məmurlarını gedib "Paşa Sığorta”da sığortalamayacaqlar ki! Bununla yanaşı, şirkətin dövlətdən başqa da müştəriləri var və qazancı kifayət qədər olmalıdır. Bütün bunlar ayrıca araşdırılmalı mövzudur. Qayıdaq şəhidlərimizə. İl ərzində nə qədər şəhid veririk, dəqiq statistikası aparılmır. Amma bu il şəhidlərimizin sayı aprel hadisələri də daxil olmaqla əvvəlki illərdən çox olub. Onlar üçün ödəniləcək sığorta haqqı 1,1 milyon manat civarında olacaq. Bu, əsgərlərimizə görə dövlətin ödədiyi sığorta haqqının cəmi 3,6 faizi edir. Tam dəqiqləşdirilməmiş məlumatlara görə, 1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında şəhid olan Azərbaycan hərbçilərinin sayı 11 min 557 nəfər olub. Siyahıda hərbi əməliyyatlar zamanı itkin düşmüş şəxslərin adları da yer alır. Döyüş əməliyyatları zamanı bombardmandan və düşmənlər tərəfindən kütləvi şəkildə qətlə yetirilmiş mülki insanların adları buraya daxil deyil. Atəşkəs elan olunsa da hər il onlarla əsgərimiz şəhid olur. "Azərsığorta” dövlətin ona etibar etdiyi pula ata malı kimi baxmayıb, nizamla xərcləsə, ortada şikayətçi qalmaz. Təkçə işlərin aparılmasına 7,1 milyon manat xərclənib ki, bu da qazanılan pulun 13,6 faizi deməkdir.

Şəhid əsgərə 96 min TL ölüm yardımı 

Qonşu Türkiyədə boşanmaq üzrə olan qadın əri şəhid  olduqdan sonra ailəsindən öncə gedib 96 min tl ölüm yardımını almışdı. Türkiyəni qadının hərəkəti şoka saldı, bizi isə şəhid üçün verilən məbləğ. Bu ölkədə şəhid ailələri və qazilərə tanınan 62 maddədən ibarət güzəştlər toplusu mövcuddur. Təkcə 13 maddə şəhid varislərinə verilən maddi haqlardır. Şəhid varislərinə nağd təzminat 28 785 tl-dir. K.K.K.-lığı İlk Dəstək Yardımı 475 tl, TSK Dayanışma Vakfı yardımı 7 575 tl və 19 695 tl, Birlik K.-lığınca edilən ölüm yardımı 575,7 tl, Tütün Beyiye mükafatı 1 212 tl təzminat, təqaüd mükafatı 32 292 tl təzminat, təqaüd 446,9 tl, təhsil durumuna görə 452,3 tl, Oyak ölüm yardımı 16 698 tl, Oyak pensiya mükafatı xidmətdən asılı olaraq, toplu mənzil krediti 19 302 tl, Mehmetçik Vakfı yardımı 2 220 tl-dir. Bunlar toplam 121 700 tl-dir. Əlavə olara kirayə haqqının dövlət tərəfindən ödənilməsi 10 il, T.C. Emekli Sandığı Ögr.Yrd. ilkokul 197 tl, ortaokul 293 tl, lise 391 tl, universitet 587 tl. Türkiyə demək olar ki, hər gün şəhid verir. Türkiyədə əsgər maaşları da yüksəkdir. Uzman erbaş - uzman çavuş 1850-2750 tl, astsubay 2650-3320 tl, başçavuş 2879-3650 tl, kıdemli başçavuş 3351-3950 tl, asteğmen 2700-2900 tl, teğmen 2750-3100 tl maaş alır. 

Ukrayna da ölən hərbçi üçün 36 min ödəyir

Ukraynada bir hərbçi həlak olarsa onun ailəsinə 609 000 Ukrayna qrivnası verilir ki, bu da 35 931 manata bərabərdir. Ailə başçısını itirmiş əmək qabiliyyəti olmayan hər ailə üzvü 2014-cü ildə qəbul olunan qanuna əsasən 1 898 qrivna pensiya alır. Həlak olan hərbçilərin ailələri mənzillə növbədənkənar təmin olunmaq və mənzilhaqqı ödənişində 50 faizlik güzəşt hüququna sahibdirlər. Həmçinin pulsuz dərman və tibbi ləvazimatlar almaq, pulsuz protezlə təmin olunmada birincilik, sanatoriya-kurortlarda ödənişsiz müalicə, ya da həmin vəsaitin hesaba ödənməsi, kommunal ödənişlərdə orta göstəricilərdən artıq olduqda 50 faizlik güzəşt, nəqliyyatda havayı gediş, iş yerlərində ştat ixtisarı zamanı üstünlük, həmçinin müəssisənin ləğvi halında yeni işlə təminatda öncəlik, iki ildə bir, dəmir yolu, su və hava yolu ilə pulsuz gediş-gəliş, hökumət və yerli büdcə hesabına hazırlığı həyata keçirilən dövlət ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul imtiyazlar sırasındadır. 

Əslində, şəhid ailəsinin kiminsə qapısını döyməsinə ehtiyac yoxdur. Şəhidlərin həlak olmadan öncə xidmət etdikləri hərbi hissələr var. O hərbi hissələrin təqdimatı ilə pul şəhidin qapısına göndərilə bilər. Bizdə bürokratik əngəllər heç kimdən gizli deyil. Şəhidlərimiz torpaqlarımızın, bizim müdafiəmiz üçün canlarını qurban verirlər, ona görə şəhid olmurlar ki, özlərindən sonra anaları, həyat yoldaşları, övladları məmurların qapılarında boyunlarını büksünlər. 

Bizimyol.info
Xəbər 1690 dəfə oxunub






Oxşar xəbərlər

“CUPPULU XAN”IN ARAŞDIRMASI – Və “DYP mafiyası”nın məğlubedilməzliyi
Göygöl polisi məktəblilərlə tədbir keçirib
“Hələ ölməmişəm...” - Könül Xasıyeva
Vəkili Fuad Abbasovla görüşdü və açıqlama verdi
Azərbaycan gözəlinə 10 min manat mükafat veriləcək
Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
Gəncə Kitab Klubu “5 İllik Yubiley”ini keçirdi
Azərbaycan müharibəyə hazırlaşır - İDDİALAR
Poltavada Albert-Gülağa müəmması... -İDDİA
Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
Prezident sərəncam imzaladı
Rüfət Quliyevi kim və niyə danışdırır? – Siyasilərin fikri
Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı
Zaminlikdən imtina etməyin yolları
Bu maşınların istifadəsi qadağan ediləcək
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
Erməni bacı-qardaş Azərbaycandakı yarışda
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Ermənilərə satılan iki xainin miskin hekayəsi - Şok faktlar
Ərdoğan Trampla bu tarixdə görüşəcək
Ermənistan çıxılmaz siyasi panikaya girdi
"Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər"
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlu həbs edildi
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Şirəliyevin Mehmanla şəkil məsələsi - Səhiyyə danışmanı əsas sualları cavabsız qoydu
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.21276] initstartout [0.00015] initstartin [0.00061] calstart [0.00794] calend [0.00046] topnewsend [0.00513] rsssend [0.00000] ehgend [0.04323] tagsstart [0.00052] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.15469]