Referenduma “HƏ” deyirəm!

  • 12 sen 2016, 21:01

 

Günel Səfərova, hüquqşünas 

 

 

Çağdaş dünyamızın sürəkli inkişafı,dəyişən geosiyasi şərait,beynəlxalq aləmdə vəregionda baş verən proseslərmüstəqilliyinin 25-ci ilini yaşayanAzərbaycanRespublikasınınqarşısında istər beynəlxalq münasibətlər sistemi, istərsə də daxildədövlət idarəçiliyi sistemindəyeni hədəflər qoyur.Dünya siyasət və iqtisadiyyat ailəsinə inteqrasiya strategiyası ölkənin idarəetmə strukturlarının bu ailənin standartlarına cavab verən çevik adaptasiyasını artıq qaçılmaz zərurət kimi qarşıya qoyur.Bu baxımdanPrezident İlham Əliyevin sərəncamı iləsentyabrın 26-dakeçiriləcəkKonstitusiyaya dəyişikliklərin edilməsinə dairreferendum Azərbaycanın son illər ərzindəkidinamik inkişafınınməntiqisonluğu kimi dəyərləndirilməlidir. Ali qanunanəzərdə tutulan29 dəyişiklikdövlət idarəçilik sistemini əhatə etməklə yanaşı həm dəinsanların hüquq və azadlıqlarının daha səmərəli şəkildə müdafiəsi məsələlərini ehtiva edir.

Sentyabrın 26-da seçki məntəqələrinə yollanacaq vətəndaşlarınnədən ümumxalq səsverməsinə çıxarılacaq bəndlərə səs verməsini aydınlaşdırmaq üçün respublikamızda 1995-ci il noyabrın 12-də müstəqilkonstitusiyanın qəbulundan sonra reallaşdırılan referendumların tarixi və səsverməyə çıxarılan məsələlərin çeşidinə baxmaq tələb olunur. Mütəxəssislər bildirirlər ki, ötəndövr ərzində ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması, həmçininsiyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Lakin bu, davamlı bir prosesdir və dünyanın önəm verdiyi dəyərlərə uyğunlaşmaqdan ötrü daxili dəyərlər sisteminə yenidən nəzər yetirmək demokratiya və hüquqi dövlət quruculuğuna ciddi töhvə deməkdir.

Beləliklə, Azərbaycan2002-ci il avqustun 24-dəilkümumxalq səsverməsi-referendumagetdi,Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edildi. Xalqınsiyasi iradəsinin təcəssümü olaraqhəmin referendum nəticəsində

-proporsional seçki sistemi ləğv olundu,

-müstəsna hallarda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin Milli Məclisin sədrinə deyil, Baş nazirə keçməsi proseduru təsdiqləndi,

-prezident seçkilərinin nəticələrinin sadə səs çoxluğu iləhesablanması qaydası müəyyənləşdi, habelə,

-hökumətin Milli Məclis qarşısında illik hesabatla çıxış etməsi,

-siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiya məhkəməsinə verilməsi,

-vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılması

vədigər bukimi prinsipial məsələlər hüquqi həllini tapdı.

Yeddi il sonra,yəni,Milli Məclisnövbəti dəfə ölkəKonstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üçün 2009-cu il martın 18-də referendumun keçirilməsi ilə bağlı tarixi qərar qəbul etdi. Ümumxalq səsverməsinə çıxarılan Referendum Aktının layihəsində 29 maddə üzrə 41 dəyişiklik və əlavənin edilməsi təklif olundu.Azərbaycan ictimaiyyəti bu dəyişikliklərə də "hə” dedi və o dövrdən bu günə qədər həmin dəyişikliklər tam gücü ilə həyata vəsiqə qazanıb.

Dünya tarixi və inkişaf etmiş dövlətlərin demokratiya ənənələri göstərir ki, ayrı-ayrı cəmiyyətlər hər zaman dinamizmə, sürəkli dəyişikliklərə meylli olmur. Qərbin bir çox ölkələrində mühafizəkar partiyaların gücü və hakimiyyətdə təmsil olunmaları məhz onların çağdaş dövrün liberal dəyərlərinə heç də həmişə önəm verməmələri və cəmiyyətə mövcud dəyərlərin saxlanılmasına inam aşılamaları ilə birbaşa bağlıdır. Lakin bu gün dünya siyasətində və beynəlxalq münasibətlər sistemində ciddi modifikasiya prosesi gedir, bir çox hallarda dünya birliyi istəmədən həmin yenilikləri qəbul etmək və ona adaptasiya etmək məcburiyyətində qalır.Şübhəsiz, Azərbaycan da adıçəkilən dünyanın tərkib hissəsidir və demokratik dünyanın bütün çağırışlarına çevik reaksiya verməyə borcludur.

Doğrudan da, cəmiyyətdə heçbir şeystatik deyil, dəyişən zaman kontekstində mövcud meyar və dəyərlərə də müvafiq fərqli yanaşma labüddür.

2009-cu ildə həyata keçirilmiş konstitusiya islahatından sonra

-ölkənin ictimai-siyasi həyatında baş vermiş köklü dəyişikliklər-hüquq sisteminin təkmilləşməsi,

-demokratikləşmə prosesinin dərinləşməsi,

-təhlükəsizlik məsələlərinin yeni məzmun kəsb etməsi, dövlət strukturlarının yenilənməsi,

-ictimai təsisatların inkişafı,

-yerli özünüidarəetmə orqanlarının məsuliyyətinin artırılması

və digər mühüm proseslər Konstitusiyaya bir daha nəzər salmaq, Əsas Qanuna bəzi əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirir.

Bu üzdən birmənalı şəkildə söyləmək olar ki, Prezident İlham Əliyevin 18 iyul 2016-cı il tarixli sərəncamı ilə ümumxalq səsverməsinə çıxarılacaqreferendumAktına dəyişikliklər ictimai həyatın bir çox spektrlərini əhatə edir və Azərbaycanın bugünkü hərtərəfli inkişaf xüsusiyyətlərini özündə əks etdirir. Ölkə başçısının siyasi və iqtisadi islahatların davam etdirilməsi ilə bağlı iradəsi adekvat olaraq daha çevik və effektiv idarəetmə üsullarının tətbiqinə zərurət yaradır. Konstitusiya Aktına nəzərdə tutulan dəyişikliklər bu məqsədə xidmət etməklə yanaşı Azərbaycanda siyasi, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə yeni davranıştərzinin ortaya qoyulmasına da imkan yaradacaq.

Ümumxalq səsverməsinə çıxarılacaq dəyişikliklərin bir neçəsinin müqayisəli təhlili indiki dönəmdə həmin yenilənmənin tarixianlamdaşıdığını göstərir. Məsələn,

Referendum Aktı layihəsində böyük ictimai maraq və rezonansa səbəb olan dəyişikliklər sırasında 85-ci maddənin I hissəsi və 100-cü maddəsi ilə bağlı dəyişiklik üzərində xüsusi dayanmaq olar. Söhbət indiki qanundakı yaşı 25-dən aşağı olmayan sözlərinin seçkilərdə iştirak etmək hüququna malik olan sözləri ilə əvəz edilməsi və yaşı 35-dən aşağı olmayan sözlərinin çıxarılmasından gedir. Bu dəyişkiliklər müvafiq olaraq parlament və prezident seçkilərində tətbiq olunan yaş məhdudiyyətinin optimal tənzimlənməsini təmin etməlidir.

Mövcud qanunvericiliyin tələbinə əsasən, Azərbaycan vətəndaşı 35 yaşına qədər prezident, 25 yaşına qədər Milli Məclisin deputatı, 30 yaşına qədər baş nazir, yaxud hakim, 21 yaşına qədər isə bələdiyyə üzvü seçilə bilməz. Təqdim olunan dəyişikliklərə əsasən, 18 yaşlı gəncin Milli Məclisin üzvü seçilməsinə hüquqi əsas yaranmış olur. Bundan başqa, prezident seçkilərində tətbiq olunan yaş senzi ilə bağlı məhdudiyyətin aradan qaldırılmasıdanəzərdə tutulur.

Müqayisə üçün deyək ki, Fransada prezident seçilmək üçün yaş senzi mövcud deyil. Bu dəyişikliklər ölkəmizdə gənclərin özünütəsdiqi və inkişafı baxımındanmühüm əhəmiyyət daşıyır.

Dəyişikliklər paketində yer alan bəndlərdən biri dəAzərbaycanda vitse-prezidentlik institutunun yaradılmasıdır. Bu,dövlət idarəçiliyi sistemində yeni hadisədir. Dünyaölkələrinintəcrübəsigöstərir ki, prezident idarəçiliyinin olduğu respublikalarda vitse-prezident institutunun mövcudluğu dövlətineffektividarə edilməsini, qərarların çevik qəbulu və həyata keçirilməsini təmin edir. Razılaşaq ki, yaxın10 il ərzində inkişaf etmiş ölkələr sırasınadaxil olmağıhədəfləyən bir respublikaüçün idarəçilik sistemindəbelə dəyişiklik strateji səciyyə daşıyır.

Konstitusiya Aktında Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılmasımaddəsi də cəmiyyətdə geniş diskussiyalara səbəb olur. Dünya praktikası bu məsələdə Azərbaycan hakimiyyətinin doğru addım atdığını təsdiq edir.Məsələ ondadırki, bir çox hallardaölkənin uzun illərə hesablanmış inkişafını təmin edəcək iqtisadi islahatlar böyükzamantələb edir. Çünki, həmin islahatların gerçəkləşməsi sadəcə texniki deyil, həm də psixoloji faktorlarla bağlı olur. İnsanların bu islahatların mahiyyətini dərk etməsi, habelə həmin dəyişikliklərə getmək üçün resursların hərəkətə gətirilməsi bəzən müəyyən problemlərlə müşayiət olunur. Ona görə dəprezidentin səlahiyyət müddətinin 7 ilə qədər uzadılması strateji xarakterə malik islahatların tam şəkildə həyata keçirilməsinə qarant ola bilər. Hazırdabir çox ölkələrdə, məsələn, İsraildə, İrlandiyada, Özbəkistanda 7, Rusiyada 6 illik prezidentlik müddəti varvə kifayət qədər effektiv şəkildə mövcudluğunu sürdürür.

Ümumilikdə, referenduma təqdim olunan maddələri nəzərdən keçirərkən, onlarınölkə həyatının ən müxtəlif sahələrini:

-təhlükəsizlik və müdafiə,

-insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yolverilməməsi,

-xüsusi mülkiyyətlə bağlı sosial öhdəliklər,

-vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı,

-vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi,

-dövlət strukturlarının təkmilləşdirilməsi,

-bələdiyyələrin məsuliyyətinin artırılması

və digər vacib məsələlərin tənzimlənməsinəaid olduğu ortaya çıxır.Bu isə müharibə şəraitində yaşayan bir respublika üçün həyati əhəmiyyət kəsb edir. Ölkə vətəndaşların referendumun məsuliyyətini tam şəkildə anladığı bu gün cəmiyyətdə ümumxalq səsverməsinə çıxarılan maddələrin geniş müzakirəsi fonunda bəlli olur.

Beləliklə, Prezident İlham Əliyevin təşəbbüskarı olduğu "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliyin hər birinin

-mütərəqqi xarakter daşıdığını,

-ölkəmizdə ictimai-siyasi sabitliyin,

-təhlükəsizliyin,

-davamlı inkişafın,

-vətəndaş həmrəyliyinin,

-xalq-iqtidar birliyinin möhkəmləndirilməsi,

-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşdirilməsi,

-dövlət idarəçiliyi sisteminindaha da təkmilləşdirilməsi

mənafeyinə xidmət göstərdiyini birmənalı şəkildə söyləmək olar. Layihədə insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının Konstitusiyada təsbiti, bank-maliyyə sisteminin idarə olunması və digərlərinin əksini tapması bütün nəzərdə tutulan dəyişikliklərin Azərbaycan vətəndaşının hüquqlarının daha səmərəli qorunmasına xidmət edəcəyindən xəbər verir.

Demokratik.Az

Oxşar xəbərlər