Zərdabın icra başçısı fikrini dəyişib - FOTOLAR

  • 23 avq 2016, 20:53
Bir müddət öncə sosial şəbəkədə 6 aprel tarixində şəhid olmuş Zərdab rayon Dəkkə kənd sakini Nurlan Babazadənin məzarı yanında dirəkdən asılmış Azərbaycan bayrağının götürülməsi geniş müzakirələrə səbəb olmuşdu. Baş vermiş hadisədən narazı olan şəhid atası Rasim Abdullayev icra nümayəndələrinin onun həyətinə gələrək övladının məzarı üstündəki bayrağı və plakatı sökmələrini tələb etmişdilər. Şəhid atasının sözlərinə görə, bayraq və plakatlar sökülmədiyi halda icra nümayəndələri onu Prezident Administrasiyasına şikayət etməklə təhdid ediblər.

Zərdab rayon icra başçısı Lütvəli Babayev isə "Mənim işimlə bağlı məni niyə sorğu-sual edirsiniz ki? Prokuror-zadsız…Bayrağı harada gəldi, özü də qəbiristanlıqda asmırlar. Həmin bayrağı və plakatı mən sökdürmüşəm” - deyə bildirmişdi.

İcra başçısı də şəhidin valideyinləri barəsində tənqid səsləndirib: "Daha nə istəyirlər?  Nə lazımdırsa, o, ailə üçün edilib. Amma gedib hay-küy salırlar…”.

Blogger Mehman Hüseynov sosial şəbəkədəki hesabında bildirib ki, icra başçısı fikrindən daşınıb. "Bildirib ki, artıq dövlət bayrağı şəhidin məzarı üstündə dalğalanır. Şəhid ailəsinə lazım olan köməkliyi eləyiblər. Zərdaba getdim, əmin oldum ki, düz danışır, bayraq artıq dalğalanır, şəhid ailəsi ilə də görüşdük, danışdıq, onlara əlavə nə köməklik lazım idisə bacardığımız qədər yardım elədik və rahatça geri Bakıya döndük”- deyə M.Hüeynov bildirib. 

 

Oxşar xəbərlər