Demokratik TV
Xəbər lenti
Demokratik.Az » "Rövşən Lənkəranski"nin ölümü ilə bağlı yeni faktlar üzə çıxıb
"Rövşən Lənkəranski"nin ölümü ilə bağlı yeni faktlar üzə çıxıb
- 21 avq 2016, 17:48
Lənkəranskinin ölümü ilə bağlı Rusiya təhlükəsizlik qüvvələrinin əməkdaşı "Rosbalt” agentliyinə açıqlama verib. Onun sözlərinə görə, Rövşənin qətli qisas xarakterli olub.
O deyib ki, "Kabus" ləqəbli Lənkəranski "Ded Hasan" ləqəbli Aslan Usoyanın ölümündə şübhəli bilinirdi. Rusiaya mafiyasının əsas simalarından olan "Ded Hasan"ın ölümü ilə yeraltı dünyada qarışıqlıq yaranıb. Mafiya başçıları "Ded Hasan"ın ölümündə Rövşən Lənkəranskini günahlandlırdıqlarına görə, o, Rövşən Əliyev pasportu ilə Türkiyəyə gələrək İstanbulda məskunlaşıb.
Agentliyin iddiasına görə, Lənkəranski öldürüldüyü gecə tabeçiliyində olan mafiya üzvləri ilə görüşüb. Onların arasında "Çipa" ləqəbli Teymur və Dato Çuradze də olub. Görüşdən sonra şəxsi avtomobili ilə oteldən ayrılan Lənkəranski qətlə yetirilib.
"Rosbalt” xəbər agentliyinə görə, sui-qəsdin arxasında Laşi Şuşanaşvili, Yuri Piçuqin, Vasili Xristoforov və Nadir Səlifov (Lotu Quli) adlı mafiya üzvləri var. Bu şəxslərin sui-qəsd üçün Türkiyədə kürd silahlılarına vəsait ödədiyi bildirilir.
Hüquq mühafizə orqanları Lənkəranskinin qətlini Başakşehirdə öldürülən azərbaycanlı iş adamı Əli Həmidov cinayətinin qisası ola biləcəyini də istisna etmir./publika.az/
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
“Lotu Quli” də Lənkəranskinin ölümünə münasibət bildirib
Rövşən Lənkəranski dəfn edildi - FOTOLAR
Canıyevi kim öldürdü və nə dəyişəcək? - Qətlin izi ilə...
"Rövşən Lənkəranski"yə yaxın iki "vor"un başına şairanə əhvalat gəldi
"Rövşən Lənkəranski"nin qətli ilə bağlı Türkiyədə 4 nəfər saxlanıldı - Video
Lənkəranskinin ölümündən:“Sona qədər atışdıq”
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti