ABŞ Fətullah Güləni öldürə bilər... - Sensasion iddia

  • 31 iyul 2016, 21:08
Türkiyə prezidentinin  baş müşaviri  İlnur  Çevik ABŞ-ın Fətullah Güləni öldürə biləcəyini iddia edib.

Çevik  Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin arxasında ABŞ-ın olduğunu da deyib.
 
ABŞ-ın  özünü  nə baş verdiyini anlamayan  kimi göstərdiyini deyən Çevik, dövlət çevrilişinə cəhdi zamanı çevrilişçilərin ələ keçirdikləri  F 16  təyyarələrinin  İncirlikdən qalxan tanker təyyarələr vasitəsilə yanacaq doldurduqlarını bildirib. Bunun  sabah Türkiyə səfərinə başlayacaq  ABŞ ordusunun  baş qərargah  rəisi  Cozef Dunfordun da nəzərinə çatdırılacağını  deyən Çevik, ABŞ-ın Fətullah Güləni dərhal ekstradisiya etməsini gözləmədiklərini də qeyd edib.
 
"ABŞ-da hamı bu işin içərisində deyil,  amma bəziləri  çevriliş cəhdinə dəstək veriblər. ABŞ-la Gülən arasındakı əlaqə biz düşündüyümüzdən də mürəkkəbdir. ABŞ bəlkə də Güləni öldürəcək, amma Türkiyəyə verməyəcək. Çünki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bir çox ölkələrə məhz Gülənin təşkilatının vasitəsi ilə sıza bilib" deyə Çevik qeyd edib.
 
Demokratik.Az
Oxşar xəbərlər