Türkiyədə yüzlərlə qiyamçı ömürlük həbs cəzası ala bilər

  • 20 iyul 2016, 21:40
Türkiyədə uğursuz dövlət çevrilişi cəhdindən sonra həbslərin ardı-arası kəsilmir.

Yerli mətbuatın yazdığına görə, ən azı 788 nəfər, o cümlədən hərbçilər, polis əməkdaşları, müəllimlər terror təşkilatında üzvlük, Konstitusiyanın pozulması, demokratik seçilmiş hökumətin devrilməsinə cəhd və qəsdən adam öldürmə ittihamları ilə mühakimə olunacaqlar.

Həmin ittihamlar üzrə, mövcud qanunvericiliyə görə, vaxtından əvvəl azadlığa çıxma hüququ olmadan ömürlük həbs cəzası nəzərdə tutulur.

virtualaz.org
Oxşar xəbərlər