General Başbuğ:"Lənət olsun!"

  • 17 iyul 2016, 23:11

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı İlkər Başbuğ yaşadığı evdə jurnalistlərlə görüşərək, dövlət çevrilişinə cəhdi ölkənin və Türkiyə Silahlı Qüvvələrinin tarixinə ləkə kimi dəyərləndirib. O, Türkiyədə çevriliş təşkil edənləri, onun iştirakçılarını və dəstəkləyənləri lənətləyib.

Çevrilişin qarşısının alınmasında birlik nümayiş etdirən əhaliyə, qiyamçıların zərərsizləşdirilməsində fədakarlıq göstərən polis qüvvələrinə, təhlükəsizlik orqanlarının əməkdaşlarına təşəkkürünü ifadə edən ordu generalı diqqətə çatdırıb ki, Türkiyə xalqı bir daha bütün dünyaya öz gücünü nümayiş etdirdi. Hərbi çevrilişə cəhd edənlərin kiçik bir qrup olduğunu deyən Başbuğ qeyd edib ki, münaqişəli ölkələrin əhatəsində yerləşən Türkiyədə ordunun gücünün qorunması çox vacibdir(azərtac).

Oxşar xəbərlər