Şəhidimiz stadionda belə yad edildi

  • 13 iyul 2016, 22:23
Dünən Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Azərbaycan çempionu "Qarabağ" 2016/17 mövsümündə ilk matçına çıxıb.

 

Ağdam təmsilçisi evdə Lüksemburq çempionu "Düdelanj"ı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda "Qarabağ" 2:0 hesabı ilə qalib gəlib. 

Aprel döyüşlərində şəhid‬ olmuş, həm də dünən doğum günü olan ‪‎polkovnik‬ Raquf Orucov, Tofiq Bəhramov adına Respublika stadionunda "İmarət" azarkeş qrupu tərəfindən yad edilib.