İmtahanın cavabları açıqlandı

  • 28 iyun 2016, 10:47
İyun ayının 25-də keçirilən buraxılış imtahanlarının nəticəsi açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) anspress-ə verilən məlumata görə, imtahanının nəticələri və cavab kartlarının qrafik təsvirləri qurumun saytında yerləşdirilib. 

İmtahanda iştirak etmiş hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı, "Azercell", "Bakcell" və "Nar Mobile" nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

İyunun 25-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı olub. 

Azərbaycanda ilk buraxılış imtahanı iyunun 16-da keçirilib. İmtahanlarda Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdləri iştirak edib.
Oxşar xəbərlər