ADAU-da "Silahlı qüvvələr günü"qeyd olunub

  • 24 iyun 2016, 14:23

"İctimai elmlər və Multikulturalizm” kafedrası Aqrar iqtisadiyyat fakültəsində  26 iyun – "Silahlı Qüvvələr Günü” münasibəti ilə tədbir keçirib.

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. "İctimai elmlər və Multikultrualizm” kafedrasının müdiri, dosent A. Bayramov tədbir iştirakçılarını  Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib və Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr günü elan edildiyini vurğulayaraq  Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli liderin adı ilə bağlı olduğunu bildirib. A. Bayramov  deyib ki, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir.

"İctimai elmlər və Multikulturalizm kafedrasının” müəllimlərindən dosent N.Əlizadə,baş müəllim S.Qasımova, müəllim S.Abdullayeva,müələllim E.Aslanov çıxış edərək Silahlı Qüvvələrimizin keçmişi və bu günü haqqında ətraflı danışıblar. Düşmən  tapdağı altında olan ərazilərimizin tezliklə işğalçılardan azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına  əminliklərini ifadə etdiblər.Nümayiş olunan video çarx tədbir iştirakçılarda böyük marağa səbəb olub.

Demokratik.Az

Oxşar xəbərlər