Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:28 - 22.10.2019  
Salyanın keçmiş icra başçısı ilə bağlı biyabırçı xəbər yayıldı - ŞOK İDDİA
Tarix: 30-05-2016, 23:02 | Bölmə: ---

"Salyan rayonu icra başçısı Tahir Kərimov vəzifəsindən azad olunsa da, rayonda özünə qurduğu "biznesini” davam etdirməkdədir.

Belə ki, Tahir Kərimov icra başçısı işlədiyi vaxtlarda verdiyi torpaq sahələrinə görə rayon sahibkarlarına "şərik” qoşulub”.

Bu barədə Musavat.com-a adının çəkilməsini istəməyən şəxslər məlumat verib. Aldığımız xəbərlərdə iddia olunur ki, sabiq başçı rayonun Şorsulu kəndi ərazisindəki balıq göllərindən və Şirvan-Salyan avtomagistral yolun kənarında olan istixanalardan bu gün də haqq almağa davam edir. Rayondan olan bəzi istixana sahibləri bildirib ki, keçmiş başçının sürücüsü olan Yusif Əzizov və qohumu Faiq Nəcəfov sabiq icra başçısının adından sahibkarlara təzyiq edərək, əkdikləri torpaqların onlara Tahir Kərimovun sərəncamı ilə verildiyini bildirir.

Məlumatda deyilir: "Faiq Nəcəfov Tahir Kərimovun qohumudur, Salyan Telekommunikasiya Qovşağının rəisi olub, həm də Tahirin qara kassası rolunu oynayıb, Salyanın idarə müdirlərinə və sahibkarlarına , sadə vətəndaşlarına qan uddurmaqda, qanunsuz pul tələb etməkdə ad çıxarıb. Tahir Kərimov Faiq Nəcəfovu özü ilə Daşkəsəndən Salyana gətirib. Faiq Nəcəfov 15 apreldə rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin müvafiq əmri ilə işdən çıxarılıb. Qeyd edək ki, bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Salyan Telekommunikasiya Qovşağında audit yoxlama aparılıb və müəssisənin işində ciddi nöqsanlar aşkar edilib. Belə ki, onun adı nazirlikdəki yeyintilərdə keçir. Hazırda Salyanın hüquq-mühafizə orqanlarında Faiq Nəcəfov barədə dələduzluq və vəzifə səlahiyyətlərini aşmaq, rüşvət ittihamı ilə 3 cinayət işi eyni icraatda birləşdirilməkdədir. O, Salyan şəhərini mərkəzində qanunsuz olaraq sürücüsü Tofiq Quliyevin adına tikdiyi evi 100 min manata satışa çıxarıb, yerli hüquq mühafizə orqanlarının çağırışlarına gəlməkdən yayındığı üçün yaxın günlərdə həbs olunacağı gözlənilir. Tahir Kərimov isə şəhid Vüqar İsayevin adına olan 6 saylı Salyan şəhər uşaq bağçasının həyətini qanunsuz olaraq sürücüsü Yusif Taxaroviç Əzizovun adına özəlləşdirərək tikdiyi villanı 200 minə satışa çıxarsa da, Salyanda heç kim bu villanı almaq niyyətində deyil. Villa tikilərkən vətəndaşların və avtomobillərin gediş-gəliş yolu olan küçə də qanunsuz olaraq zəbt edilərək keçmiş başçının həyətinə qatılıb”.

Daxil olan məlumatda digər ilginc detallar da var: "Faiq Nəcəfov Tahir Kərimov üçün idarə-müəssisə müdirlərinin və yerli hüquq-mühafizə orqanlarının telefonlarını qanunsuz olaraq dinlətdirib. Tahir Kərimov özü İH-də keçirilən yığıncaqlarda dəfələrlə bildirib ki, ona qarşı heç kəs başqa fikrə düşməsin, çünki telefonları dinlətdirməklə hər işdən xəbərdardır. O, rayonda olan balıq göllərindən haqq toplamasını da açıq aşkar MTN-lə əlaqələndirirdi”, -deyə, mənbə iddia edir.

Daha sonra qeyd olunur ki, Faiq Nəcəfovun Salyanın mərkəzində - Əliağa Kurçaylı küçəsində - yerləşən və hündür hasarla əhatə olunan villası ciddi müzakirə mövzusudur. Sakinləri maraqlandıran isə aşağıdakı suallardır: "Villanın yerləşdiyi torpaq sahəsi necə özəlləşdirilib? Villanın yerində dövlət balansında hansı bina olub? Onu Tahir Kərimovun göstərişi ilə necə söküblər? Özəlləşdirmə zamanı hansı şərləmələr həyata keçirilib?” Məlumatlı mənbələrdən aldığımız məlumata əsasən bu villa hal-hazirda 100 min AZN manata satışa çıxarılıb. "Salyan camaatı həmişə haram və halala diqqət edib. Ümidvaram ki, camaatımız bu haram pulla tikilmiş evə sahib çıxmayacaq. Atalar gözəl deyib: Haram malın bərəkəti olmaz”, -mənbə əlavə edir.

Redaksiyaya daxil olan müraciətdə daha sonra deyilir: "Tahir Kərimov rayonun Sarvan kəndində də dövlət fondundan qanuni icarəyə götürdükləri yüzlərlə hektar torpaqları yerli fermerlərin əlindən zorla alaraq böyük heyvandarlıq və taxılçılıq təsərrüfatı yaradıb. Hazırda əkin suyu da yalnız Tahir Kərimovun əkinlərinə verildiyindən, kəndlilər arasında böyük narazılıq yaşanır. Sən demə, şəhər təsərrüfatına dövlət tərəfindən ən müasir texnikalar verilibmiş, traktorlar, yük maşınları, ekskavatorlar və s. Amma bunlar 1 gün belə şəhər təsərrüfatında istifadə olunmayaraq Tahir Kərimovun fermasına aparılıbmış. Başçı dəyişən kimi, onlar Salyan şəhərindəki qaraja gətiriləndə sakinlər təəccüb içində seyr edirdilər”.

Gələn məlumatlarda o da iddia olunur ki, rayon sahibkarları bu məsələ ilə bağlı Respublika Prezidentinə, baş prokurora, eyni zamanda rayon hüquq mühafizə orqanlarına da müraciət ediblər. O da bildirilir ki, 2-3 il öncə Salyan rayon Qarabağlı kənd sakinindən 25 min manat alınaraq onu kənd məktəbinə direktor qoyulacağı bildirilib. Lakin Təhsil Nazirliyi həmin şəxsi direktorluğunu təsdiqləməyib. belə olan halda pul geri tələb olunub və bunun əvəzində Tahir Kərimovun adamları rayon ərazisində olan obyektlərdən pul tələb etməklə bu məbləği geri qaytarmaq istəyiblər. Aldığımız məlumata görə bu faktlar üzrə daxili işlər orqanlarında, baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsində artıq tədqiqat işlərinə başlanılıb. 

Məlumata görə, iş adamı, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov da Tahir Kərimovun qanunsuz tələblərinə məruz qalıb və bir qrup iş adamı artıq bununla bağlı ölkə prezidentinə məktub göndərib.

Bu yaxınlarda Salyanda aparılmış audit yoxlamalar zamanı külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi faktları ortaya çıxıb, üzə çıxarılan faktlar hüquq-mühafizə orqanlarına təqdim olunub. 

Qeyri-iş günü olduğundan rəsmi qurumlardan məsələyə münasibət öyrənmək mümkün olmadı. Ancaq yazıda adları çəkilən hər kəsin, o cümlədən Tahir Kərimovun mövqeyini dərc etməyə hazırıq.

 

Demokratik.Az

Xəbər 2964 dəfə oxunub






Oxşar xəbərlər

Vilayət Eyvazov 45 polis leytenantını işə təyin etdi
Əli Həsənova REAL SUAL: "“Prezidentin 5-6 köməkçisi 10 milyon vətəndaşın dərdini necə dinləyəcək?”
Alo, mitinq sifariş vermisiniz?
Sabiqləşən Əli Həsənov bu vəzifələri icra edəcək
Tofiq Yaqublunun səhhəti necədir? AÇIQLAMA
Şahin Mustafayev Baş Nazirin müavini təyin olundu - Haqqında qısa DOSYE
Prezident yaşı 70-i keçənləri istefaya dəvət etdi!
Elmar Vəliyevi ölümdən xilas edən cangüdəni danışdı
Milli Şuranın aksiyasını hansı qüvvələr təşkil edib - yeni gəlişmələr
Sürücülük vəsiqəsi barədə – Yeni qayda
ABŞ-ın İllinoys Universitetinin professoru ADAU-ya gəlib
"AZƏRSU ASC"-yə qarşı şikayət davam edir - MƏKTUB
Qubada avtomobil oğrusu tutulub
Real TV Mirşahinin diplomatik qalmaqala səbəb ola biləcək verilişini sildi
Pakistan prezidenti Bakıya səfər edəcək
“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu
Əli Kərimli niyə elə etdi, bəs ona qarşı niyə belə etdilər...
Baş nazirin qosqoca müavinləri vəzifələrindən getdi - SƏRƏNCAMLAR
Hafiz Hacıyev qardaşını itirdi
“Beşiktaş” klubuna yeni prezident seçilib
Milli Şuranın 19 oktyabr aksiyasına digər partiyalardan: "Belə olsun istəmirik!"
Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
Rusiyanın “ən təhlükəli” hərbi gəmisi...
18 illik şöbə müdiri işdən çıxdı
Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib
Bakının ən qəribə küçə adları (SİYAHI)
YAP bəyanat yaydı: "Qanuni hakimiyyətin devrilməsi çağırışları ölkənin konstitusion quruluşuna qəsddir"
Cəlilabad Təhsilində nə baş verir? - QALMAQAL
ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.27636] initstartout [0.00020] initstartin [0.00068] calstart [0.00928] calend [0.00052] topnewsend [0.00521] rsssend [0.00000] ehgend [0.02937] tagsstart [0.00094] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23012]