"Türkiyə sadəcə danışmır, dediklərini əməlləri ilə sübut edir" - Merkel

  • 22 may 2016, 10:18
Almaniya baş naziri Angela Merkel  İstanbulda bazar ertəsi  keçiriləcək  və özünün də iştirak edəcəyi BMT Humanitar Yardım Zirvəsi öncəsi maraqlı açıqlamalarla çıxış edib. 

Demokratik.Az Avropa.info-ya istinadən xəbər verir ki, humanitar yardımların daha yaxşı koordinasiya edilməsi məsələsində beynəlxalq  ictimaiyyətə müraciət edən Merkel, bazar ertəsi  keçiriləcək toplantıda maliyyə yardımı vədlərini sözlə deyil konkret əməllərlə sübut etməyin vaxtı gəldiyini bildirib.

Türkiyənin qaçqın böhranı məsələsində mövqeyini tam şəkildə dəstəklədiyini deyən Merkel, Ankaranın suriyalı qaçqınlara göstərdiyi yardımdan danışıb.
 
"Türkiyə 3 milyon suriyalı qaçqınları qəbul edərək, yalnız  humanitar yardımlardan danışmadığını, bu  yük altına girdiyini də göstərdi."
 
Qeyd edək ki,  Merkel İstanbuldakı təmasları çərçivəsində prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcək.
Oxşar xəbərlər