Bakının mərkəzi küçələri səhərədək bağlı olacaq

  • 14 may 2016, 20:34

Mayın 14-ü, saat 20:00-dan etibarən mayın 15-i, səhər saat 06:00-dək Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsindən başlayaraq İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsinə qədər olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

 

Publika.az xəbət verir ki, yolların bağlanmasına səbəb Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 17-19 iyun tarixlərində keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işləridir.

 

Hazırda Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri icra olunur.

 

Qeyd edək ki, Bakı Şəhər Halqasında aparılan tikinti-quraşdırma işlərinin iyunun əvvəlində tam yekunlaşması nəzərdə tutulur.

 

Demokratik.Az

Oxşar xəbərlər