Ərdoğan Davudoğlu-AKP böhranından ilk dəfə açıq danışdı - "Boşuna təbil-zurna döyməyin..."

  • 07 may 2016, 09:32
Türkiyə  prezidenti  Rəcəb Tayyib Ərdoğan mayın sonunda baş nazir postundan gedəcək Əhməd Davudoğlu və AKP haqqında danışıb.
 
Avropa.info xəbər verir ki, Ərdoğan  Davudoğlu -  AKP  böhranı ilə bağlı ilk dəfə fikirlərini açıqlayıb.
 
"Cənab baş nazir qurultayda namizəd olmayacağını açıqlayıb.Onun bu qərarının xeyirli olmasını arzulayıram. Baş nazirə 20 aylı verdiyi xidmət üçün təşəkkür edirəm. Millətimiz bu ölkə üçün kərpic üstünə kərpic qoyan  heç  kimi  unutmaz. Cənab baş nazirin də müstəsna yerə malik olduğuna inanıram. Mən onunla uzun illər çalışdım. Son 20 aydır ki, baş nazir olaraq gördüyü işlərə  görə cənab baş nazirə təşəkkür edirəm. 
 
40 illik  yoldaşlarımın üzvü olduğu , 12 ilə yaxın müddət  rəhbərlik etdiyim AKP-nin fəaliyyətini yaxından təqib etməyim birlərini narahat edir. Niyə narahat olursan, bundan daha təbii nə ola bilər? Prezident olmam , keçmişimlə və dostlarımla əlaqəmi  kəsmək mənasına gəlirmi?  Tam əksinə, mən bu kimliklə namizəd oldum, 52 faiz  səslə  bu məqama gəlmişəm.
 
Bizim haqqımızda çox arzularda olublar. 2008-ci ildə iqtisadiyyat məhv olacaq dedilər. Zənləri boş çıxdı. Boşuna təbil-zurna döyməyin. Bu millət ayaqdadır, inşallah sabahlar bundan da gözəl olacaq. Heç narahat olmayın.
 
Biz  sadəcə  Rəbbimizin  hüzurunda ruku edirik. Türkiyənin son 13  yaşadığı böyük dəyişiklik eyni zamanda böyük bir sabitlik və etimad mühitinə də imkan yaratmışdır. Keçmişdə bu cür dəyişikliklər çox böyük böhranlara yol açardı. Ötən il iki mühüm seçki keçirdik. Daha əvvəl də 17-25 Dekabr dövlət çevrilişi cəhdləri. Nə oldu?
 
Bugünki Türkiyə dünəninin Türkiyəsi deyil. Türkiyənin qarşısında 2020 hədəfləri kimi əhatəli və həyəcanverici bir yol xəritəsi var" deyə Ərdoğan qeyd edib.
Oxşar xəbərlər