Moskvada Azərbaycan konsulluğunun əməkdaşına hücum olub

  • 16 apr 2016, 08:44

Moskva polisinə Azərbaycan konsulluğunun əməkdaşına hücum edilməsi barədə məlumat daxil olub.

"Report" "Lifenews"a istinadən xəbər verir ki, bunu şikayətçi özü bildirib.

O, taksi sifariş etdiyini, lakin yolda gedərkən münaqişə baş verdiyini bildirib. Sonda Moskvanın mərkəzindən keçən Konyuşkovski küçəsində sözügedən şəxsə bədən xəsarətləri yetirilib.

"Təcili yardım çağırılıb. Zərərçəkən Azərbaycan konsulluğunun əməkdaşı olduğunu iddia edir", — deyə tibbi dairələrdə olan mənbə bildirib.

 Demokratik.Az

Oxşar xəbərlər