İŞİD cəlladları yenə canlar aldı

  • 09 apr 2016, 08:55
Dəməşq yaxınlığındakı sement zavodunda 340 fəhləni girov götürən İŞİD terror qruplaşması onlardan 175-ni qətlə yetirib.

Fəhlələrin dini mənsubiyyətini araşdıran terrorçular onları məhz etiqadına görə edam edib. Digərlərinin taleyi barədə məlumat verilmir. Bu arada terrorçu qruplaşma Hələb istiqamətində genişmiqyaslı əməliyyatlara başlayıb. Hərbi dairələrin məlumatına görə, terrorçular hücum zamanı kimyəvi silahdan istifadə edib. Xəstəxanalara çatdırlmış yaralılarda xlordan zəhərlənmə əlamətləri var. "Qırmızı Aypara" təşkilatının həkimlərindən biri deyir ki, yaralılar boğulma və qıcolmadan əziyyət çəkir. Kimyəvi silahdan istifadəyə görə məsuliyyəti terrorçu "Ceyş əl-İslam" qruplaması üzərinə götürüb. Lakin qruplaşma nümayəndələri iddia edir ki, guya xlor tərkibli mərmilər rəhbərliyin xəbəri olmadan atılıb. Çünki, onlardan istifadə ilə bağlı heç kim əmr verməyib.

Oxşar xəbərlər