VİDEO: İşğaldan qurtulan məzarlar, ilk ziyarət və 23 illik həsrətə SON!

  • 07 apr 2016, 22:58

Ordumuzun erməni işğalindan azad etdiyi ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bölgə müxbirimiz bu gün Füzuli rayonu istiqamətində yerləşən, düşmən işğalındakı geniş ərazini nəzarətdə saxlamaq imkani verən strateji əhəmiyyətli "Lələ təpə"də olub. Füzuli sakinləri də hərbçilərlə birlikdə həmin əraziyə yollanib. Onlar 23 ildən sonra yaxınlarının məzarını ziyarət ediblər. Cocuqmərcanli kəndinə də səfər təşkil olunub.

Bir neçə gün əvvəl erməni işğalından azad edilən Cəbrayıl rayonunun "Lələ təpə” yüksəkliyində Azərbaycan bayrağı dalğalanır.

Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalından azad etdiyi əraziyə sakinlər qədəm qoyub. Cəbrayıldan olan məcburi köçkünlər 23 ildən sonra ilk dəfə öz doğma kəndlərində olublar.

Ermənilər ərazi işğaldan azad edilənə qədər həmin yüksəklikdən Füzuli rayonunun Horadiz şəhəri başda olmaqla Füzulinin bütün yaşayış məntəqələrini, o cümlədən Azərbayacan Odusunun mövqelərini açıq-aydın müşahidə edirdilər. Bu da onlara istənilən vaxt seçdikləri mövqelərə atəş açmağa imkan verirdi.

Artıq düşmənin bütün mövqeləri Azərbaycan Ordusunun müşahidəsi altına keçib və düşmən təhlükəsindən qorunur.

Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunan Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndində hərbçilərin nəzarəti altında kənd sakinləri kənd qəbiristanlığını ziyarət edib, qohumlarının ruhuna dualar oxuyublar.

"Xəzər Xəbər”  mövzu ilə bağlı videomaterialı təqdim edir:

Oxşar xəbərlər