Tərtərdən yeni reportaj - VİDEO

  • 06 apr 2016, 21:37
 
Tərtər rayonunun Qapanlı kəndi son günlər cəbhədə baş verən döyüşlər zamanıən çox ziyan dəyən kəndlərdən biridir. Ağir artilleriyadan atılan mərmilər nəticəsində evlər yararsız hala düşüb , elektirik xətləri qırılıb, kəndə qazın verilişi dayanıb. Hətta bu kənddə elə ev var ki ,ora 3 top mərmisi düşüb.

Bir neçə gün davam edən qızğın döyüşlərdən sonra Tərtərin ən çox ziyan görmüş kəndi Qapanlıdır.

Əməliyyatların dayandırılmasına baxmayaraq ermənilər cəbhəyanı ərazilərdə yaşayan mülki əhalini və yaşayış məntəqələrini atəşə tuturlar.Nəticədə kəndlərdə infrastruktura da ciddi ziyan dəyib.

Bu gün səhər saatlarında Qızıl Aypara Cəmiyyətinin üzvləri ilə bərabər rayon icra hakimiyyətinin başçısı da kəndə gəlib. Qısa zaman ərzində problemlər aradan qaldırılacaq.

Hazırda kənddə həyat öz axarı ilə davam edir. İnsanlar təsərrüfat işləri ilə məşğuldurlar. Kənd sakinləri silahlı  qüvvələrin Ali Baş Komandanına  -  Ordumuza güvəndiklərini və istənilən an döyüşə hazır olduqlarını deyirlər.

"Xəzər Xəbər” mövzu ilə bağlı videomaterialı təqdim edir:
Oxşar xəbərlər