"Azərbaycan torpaqlarının işğal altında qalması ilə barışmayacaq"

  • 02 apr 2016, 20:52
"Milli Ordumuzun qəhrəman əsgərlərinin işğalçı orduya sarsıdıcı zərbə endirərək torpaqlarımızın kiçik bir parçasını işğaldan azad etməsi Ermənistanda böyük vahimə yaradıb, onun havadarlarını təşvişə salıb."

APA-nın xəbərinə görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
 

BAXCP sədri bildirib ki, Azərbaycan Ermənistanın havadarlarının təzyiqindən çəkinməməli, düşməni danışıqlar masasında daha konstruktiv mövqe tutmağa məcbur etməlidir: "Azərbaycan bir daha bəyan etməlidir ki, torpaqlarının bundan sonra da işğal altında qalması ilə barışmayacaq. Azərbaycan BMT TŞ-nın təcili iclasının çağırılmasını və orada BMT TŞ-nın işğal olunmuş ərazilərimizin qeyd-şərtsiz azad olunmasına dair qətnamələrinin icrasını tələb etməlidir. Mən torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə baş sağlığı verir, səbr diləyirəm."
 
Demokratik.Az