Azərbaycan və Ermənistan prezidentləri indiyədək 42 dəfə görüşüblər

  • 01 apr 2016, 20:11
1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri sülh danışıqları heç bir nəticə vermir.

Azərbaycan və Ermənistan prezidentləri vaxtaşırı bir araya gəlib Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsinə baxırlar. Bu tip görüşlərin ümumi sayı 51-dir. Bunun 23-ü Heydər Əliyevlə Robert Köçəryanın görüşləri, 9-u İlham Əliyevlə Robert Köçəryanın görüşləri, 19-u İlham Əliyevlə Serj Sərkisyanın görüşləridir.

"Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, siyasi elmlər doktoru Elçin Əhmədov Transparency.az-a ümumi siyahını təqdim edib:

Heydər Əliyevlə Robert Köçəryanın görüşləri

28 aprel 1998-ci il – Moskva, Rusiya

1 aprel 1999-cu il – Moskva

26 aprel 1999-cu il – Vaşinqton, ABŞ

16 iyul 1999-cu il – Cenevrə, İsveçrə

22 avqust 1999-cu il – Cenevrə

10 sentyabr 1999-cu il – Yalta, Ukrayna

11 oktyabr 1999-cu il – Sədərək, Azərbaycan

17 noyabr 1999-cu il – İstanbul, Türkiyə

24 yanvar 2000-ci il – Moskva

28 yanvar 2000-ci il – Davos, İsveçrə

20 iyun 2000-ci il – Moskva

18 avqust 2000-ci il – Krım, Ukrayna

7 sentyabr 2000-ci il – Nyu-York, ABŞ

1 dekabr 2000-ci il – Minsk, Belarus

26 yanvar 2001-ci il – Paris, Fransa

5 mart 2001-ci il – Paris

3-7 aprel 2001-ci il – Ki-Uest, ABŞ

31 may 2001-ci il – Minsk

1 avqust 2001-ci il – Soçi, Rusiya

30 noyabr 2001-ci il – Moskva

14 avqust 2002-ci il – Sədərək

6 oktyabr 2002-ci il – Kişinyov, Moldova

21 noyabr 2002-ci il – Praqa, Çexiya


İlham Əliyevlə Robert Köçəryanın görüşləri


11 dekabr 2003-cü il – Cenevrə

28 aprel 2004-cü il – Varşava, Polşa

15 sentyabr 2004-cü il – Astana, Qazaxıstan

15 may 2005-ci il – Varşava

27 avqust 2005-ci il – Kazan, Rusiya

10-11 fevral 2006-cı il – Rambuye, Fransa

5 iyun 2006-cı il – Buxarest, Rumıniya

28 noyabr 2006-cı il – Minsk

9 iyun 2007-ci il – Sankt-Peterburq, Rusiya


İlham Əliyevlə Serj Sərkisyanın görüşləri


5 iyun 2008-ci il – Sankt-Peterburq

2 noyabr 2008-ci il – Moskva

28 yanvar 2009-cu il – Sürix, İsveçrə

7 may 2009-cu il – Praqa

4 iyun 2009-cu il – Sankt-Peterburq

17-18 iyul 2009-cu il – Moskva

8-9 oktyabr 2009-cu il – Kişinyov

22 noyabr 2009-cu il – Münhen, Almaniya

25 yanvar 2010-cu il – Soçi

17 iyun 2010-cu il – Sankt-Peterburq

27 oktyabr 2010-cu il – Həştərxan, Rusiya

5 mart 2011-ci il – Soçi

24 iyun 2011-ci il – Kazan

25 yanvar 2012-cu il – Soçi

19 noyabr 2013-cü il – Vyana, Avstriya

10 avqust 2014-cü il – Soçi

4 sentyabr 2014-cü il – Nyu-Port, Uels

27 oktyabr 2014-cü il – Paris

19 dekabr 2015-ci il – Bern, İsveçrə.
Oxşar xəbərlər