Azərbaycanlı qatil Rusiyada tutuldu

  • 30 mart 2016, 21:41
"İnterpol” xətti ilə axtarışda olan və Rusiyada tutulan şəxs Azərbaycana ekstradisiya olunub.

"Report"-un xəbərinə görə, Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Akif Mövludə oğlu Əmiraslanov Rusiyanın Volqoqrad şəhərində saxlanılıb.

A.Əmiraslanov bu ay Azərbaycana ekstradisiya olunub və 1 saylı İstintaq Təcridxanasına yerləşdirilib.

Əslən Dəvəçi (indiki Şabran) rayonundan olan A.Əmiraslanov 2003-cü ilin may ayından Suraxanı Rayon Polis İdarəsinin 33-cü bölməsi tərəfindən axtarışda olub. Daha sonra "İnterpol” xətti ilə axtarışa verilən A.Əmiraslanov Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham olunur.