Neft 12 dollara “satılır”? - RT “faktları” açıqladı - FOTOLAR

  • 24 mart 2016, 12:39

Rusiya mediası Türkiyə və İŞİD terror qruplaşması arasında "neft ticarəti” ilə bağlı daha bir iddia səsləndirib.

 

Publika.az"RİA-Novosti”agentliyinə istinadən xəbər verir ki, Rusiyanın "Russia Today” telekanalı İŞİD terror qruplaşmasının sənədlərini dərc edib.

 

Sənədlərdə İŞİD-in nəzarətində olan ərazilərdə çıxarılan neftin "Türkiyəyə sənaye miqyasında ixracı”ndan bəhs edilir.

 

Sənədlər Suriyanın şimalında yerləşən Şaddadi şəhərinə hücumu zamanı YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı) döyüşçülərinin əllərinə düşüb və sonra RT-nin müxbirlərinə verilib. Məlumata görə, kürd döyüşçüləri Türkiyə, Səudiyyə Ərəbistanı və başqa ölkələrin vətəndaşları olan döyüşçüləri əsir götürüblər. Əsirlər İŞİD və Türkiyənin "əlaqələri”ndən danışıblar.

 

Türk mənşəli döyüşçü bildirib ki, İŞİD tərəfdarlarının əksəriyyəti Türkiyə üzərindən gəlir. O, türk hakimiyyətinin onlara mane olmadığını iddia edib.

 

"Russia Today” telekanalının haqqında danışdığı sənədlər  "İslam Dövlətinin Təbii Resurslar Nazirliyinin neft və təbii qazı Departamenti”nin blanklarıdır. Sənədlərə inansaq, türk sürücülər neftin bir barelini12-26 dollara alırdılar. Məsələn, 23 yanvar tarixində Kabiba neft yatağından bir bareli 13 dollardan olmaqla 383 barel neft satılıb.

 

Hazırda telekanal Suriyada apardığı araşdırmaların yer alacağı sənədli film hazırlayır. Film bir ay sonra hazır olacaq.

 

Ömər Dağlı

* Fotoları təqdim edirik
Oxşar xəbərlər