Günəşdən 100 dəfə böyük ulduzlar tapılıb

  • 22 mart 2016, 15:50

"Dəvədən böyük fil" məsəli kimi...

Bu doqquz ulduzdan biri olan "R136a1" hazırda kainatda bilinən ən nəhəng ulduzdur. Bu ulduzların hətta ən kiçiyi belə nəhəngdir. Bəyanatda deyilir ki, şəkli çəkilmiş ulduzların arasında həcmi Günəşin 50 mislini keçən onlarla ulduz var.
 
Bu ulduzların həm də həddindən artıq parlaq olduğu və doqquz ən böyük ulduzun birlikdə Günəşdən 30 milyon dəfə parlaq olduğu qeyd edilir.
"R136" Yer kürəsindən təxminən 170000 işıq ili aralı yerləşir. Müqayisə üçün deyək ki, Yerə ən yaxın ulduz sistemi olan Alfa Kentavrı (Alpha Centauri) 4,3 işıq ili məsafəsində yerləşir ki, bu da təqribən 25 trilyon mil (40,2 trilyon km) deməkdir.
 
Bu kəşf həm də bizə ulduzların formalaşması ilə bağlı daha çox məlumat vermiş olur. Belə ki, nisbətən kiçik ulduzların ömrü daha uzun olur. Meqaulduzlar isə yalnız bir neçə milyon il mövcud olur. Daha sonra partlayaraq çəkisinin böyük hissəsini itirir, qopan hissəslər fəzaya qarışır və kiçilmiş ulduz parlaqlığını xeyli itirir.  
 
Şeffild Universitetinin astrofiziki, bu tədqiqatın aparıcı müəllifi Paul Crowther-in fikrincə, bu tədqiqat onu göstərir ki, "Hubble" orbitdə 25 ildən artıq fəaliyyət gəstərməsinə baxmayaraq hələ də elmin bəzi sahələrində unikal yeniliklər gətirir. 
Tədqiqatın nəticələri Kral Astronomiya Cəmiyyətinin Aylıq Resenziyasında dərc olunacaq.

publika.az
Oxşar xəbərlər