Nurəttin Canikli Aygün Attardan nə istəyir? - Azərbaycanlı rektora qarşı kampaniya

  • 18 mart 2016, 21:29

Giresun Universitetinə rektorluq uğrunda seçkilər keçirilib. Azərbaycanlı xanım prof.Dr. Aygün Attar ikinci dəfə universitetin yüksək etimadını qazanaraq digər rəqiblərin birlikdə yığdıqları səsdən 2 dəfə artıq səs toplayıb və seçkilərin qalibi olub.

Avropa.info-nun əldə etdiyi məlumata görə, Aygün Attarın rektor seçilməsi bəzi şəxsləri narahat edir. 

Belə ki, Giresun Universitetində 2010-cu ildən bu yana Prof. Dr.Aygün Attar rektorluq üçün namizədliyini irəli sürdüyü gündən giresunlu keçmiş nazir Nurettin Canikli tərəfindən müxtəlif cür əngəllər yaradılmaqdadır. Nurettin Canikli Türk mediasına Aygün xanım haqqında çaşdırıcı fikirlər yaymaqdadır. 

Əlavə edək ki, Nurettin Caniklinin maneələri nəticəsində Aygün Attar 2010-ci ildə rektorluq seçkilərindən 2 il keçəndən və əsassız gözləmələrdən sonra Azərbaycanlı professor 2012-ilin mart ayında prezident Abdulla Gül tərəfindən rektor təyin olunmuşdu. 

Hazırda isə Aygün xanımın akademik kimliyi ilə yanaşı, siyasət uzmanı olması və ciddi idarəçilik qabiliyyəti keçən 4 ildə Giresun Universitetini dünyanın nüfuzlu elm ocaqları sırasına çıxarıb.

Bu gün Türkiyəyə qarşı hücumların gücləndiyi bir vaxtda Aygün Attarın iki qardaş ölkə arasında əlaqələrin daha da güclənməsində xidmətləri danılmazdır. Aygün Attar Türk dünyasında sevilən milli şəxsiyyətdir.

Xüsusilə, onun erməni diaspora və lobbisinə qarşı əsaslı elmi araşdırmaları və saxta erməni soyqırımı ilə bağlı konfranslar keçirməsi daima gündəmdədir. Aygün xanım tez-tez Türkiyənin nüfuzlu media orqanlarında Türkiyənin yeni dünyanın qlobal güc olma mərhələsinə gəlib çatması və iki ölkə arasında əlaqələrin güclənməsi və inkişafı ilə bağlı ciddi açıqlamalar verir. 

Belə bir şəxsin rektor olması yalnız iki qardaş ölkənin maraqlarına cavab verər. Sonda bütün gücünü ortaya qoyaraq Aygün Attarın rektor olmamasını əngəlləməyə çalışan Nurettin Canikli kimilər və onun komandası unutmamalıdır ki, Aygün Attar Türk dünyasına xidmətləri ilə artıq Türk dünyasının milli dəyərinə çevrilib.

 

Demokratik.Az

Oxşar xəbərlər