Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:48 - 22.10.2019  
"Bu nə "işverənlik", nə də agentura şəbəkəsi deyil"
Tarix: 18-03-2016, 08:33 | Bölmə: ---

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsinin meydanında ətraf rayonlarda polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Prezidentin 2016-cı il 2 mart tarixli fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

DİN mətbuat xidmətinin məlumatına görə, sıra baxışında kütləvi informasiya vasitələrində verilmiş elana uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyən 870 nəfər iştirak edib. Onların arasından daha hazırlıqlı olan 112-si polisin və Daxili Qoşunların sıralarında xidmətə, 226 gənc isə mülki işçi vəzifələrinə namizəd kimi seçilərək sənədlərinin hazırlanması üçün aidiyyəti baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.

"Bu nə "işverənlik", nə də agentura şəbəkəsi deyil"Daxili işlər naziri onu da qeyd edib ki, ictimai asayişin qorunmasında vətəndaşların iştirakı könüllülük, qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin üstünlüyü, insanların şərəf və ləyaqətinə hörmət, müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq və polis orqanlarının səlahiyyətlərinin əvəzlənməsinin yolverilməzliyi prinsiplərinə əsaslanır. Vətəndaşların polis orqanları ilə əməkdaşlığı isə onların həmin orqanların vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə vəzifələrin yerinə yetirilməsində iştirakını nəzərdə tutur.

Polisə yardım edənlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiriləcək

Qeyd edək ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası"nda göstərilir ki, polis orqanları ilə əməkdaşlığa şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən az və 24-dən çox olmayan Azərbaycan vətəndaşları könüllülük əsasında cəlb edilə bilərlər. Polis orqanları ilə əməkdaşlığın təşkili qaydası isə DİN tərəfindən müəyyən edilir və əməkdaşlıq edən şəxslər fəaliyyətə başlamazdan əvvəl DİN tərəfindən müəyyən edilmiş qaydada müvafiq hazırlıq keçirlər. 
DİN polis orqanları ilə əməkdaşlıq edən şəxsləri xüsusi geyim forması, döş nişanı və vahid nümunəli vəsiqə ilə təmin edir. Həmin şəxslərin fəaliyyəti bu məqsədlər üçün DİN-ə ayrılan dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir. Onların hüquq və vəzifələrini, sosial və digər təminatlarını müəyyən edən müqavilə bağlanır, ictimai vəzifələrini yerinə yetirərkən dövlət tərəfindən müdafiə olunurlar.

Polis orqanları ilə əməkdaşlıq edən şəxslərə DİN-in mülki işçiləri üçün müəyyən olunmuş təminatlar şamil edilir. Daxili işlər orqanlarında xidmətə qəbul zamanı ictimai asayişin qorunmasında 2 il ərzində polis orqanları ilə əməkdaşlıq etmiş şəxslərə üstünlük verilir. Polis orqanları ilə əməkdaşlıq edən şəxslər xüsusi xidmətlərinə, göstərdikləri fədakarlıq və cəsarətə görə dövlət təltiflərinə təqdim edilə bilərlər.

Ancaq bu sənəd cəmiyyətdə birmənalı qarşılanmadı. Bunu ölkədə asayişin qorunması baxımından müsbət qiymətləndirənlər də, mənfi yanaşaraq, polislə əməkdaşlıq edənləri ironik şəkildə "işverən" adlandıranlar da var. Hətta bu mövzuda karikaturalar, lətifələr də gündəmə gəldi.

Sabiq polis rəisi: Cəmiyyət mahiyyəti  düzgün anlamadı" 

Sabiq polis rəisi Mahmud Hacıyev Bizimyol.info saytına bildirib ki, fərmanın cəmiyyət tərəfindən bu cür qarşılanmasında KİV-lərin, xüsusilə də telekanalların günahı var. "Belə bir vacib fərman peşəkarlar tərəfindən düzgün şərh edilərək ictimaiyyətə çatdırılmadığı üçün cəmiyyət mahiyyəti düzgün anlamadı. Bütün ölkələrdə, demokratik dövlətlərdə də vətəndaşlar ictimai nəzarət qaydasında ictimai asayişin qorunmasında hüquq mühafizə orqanlarına yardım edir. Bu nə "işverənlik", nə də agentlik deyil. Sovetlər birliyi dövründə "xalq drujinası" adlı buna oxşar bir şey vardı. 1965-75-ci illərdə çox müvəffəqiyyətlə fəaliyyət göstərirdi. İstehsal müəssisələrində çalışanların iş və yaşayış yerindən müsbət xarakterizə olanlarını, aktiv komsomolçuların Rayon Komsomol Bürosu tərəfindən təqdimatı verilirdi. Onlar kütləvi tədbirlər vaxtı - anşlaqla keçən konsertlər, teatrlar, kino seansları vaxtı möhtəkirliyə, qanunsuz bilet satanlara qarşı, idman və bayram tədbirləri vaxtı asayişin qorunmasında milisə yardım edirdilər. Hətta onlar mobil qrup halında hərəkət edirdilər və qrupun rəhbərinin qoluna da qırmızı lent bağlanırdı. Bu cür yardımlardan hətta o vaxt "QAİ" dediyimiz Dövlət Yol Polisləri də istifadə edirdi. Avtomobillərin intensiv hərəkət etdiyi küçələrdə, əsasən yaşlı kişilərdən seçilən bir nəfər əlində yol tənzimləmək üçün dəyənək və qolunda qırmızı lentlə avtomobil müfəttişinə kömək edirdi. Bütün bunlar da milisin işində öz müsbət təsirini göstərirdi. Hətta aktiv iştirak edənlərə milis şöbəsinin rəisi vəsiqə də verirdi. Və yazılırdı ki, ictimai əsaslarla milisin köməkçisi" - deyə sabiq polis rəisi bildirir. 

"Əməliyyatçıların agentləri, sahə müvəkkillərinin "inanılmış şəxs"ləri olur"

M.Hacıyevin sözlərinə görə, indi ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi ilə bağlı imzalanan bu sənəd də kütləvi tədbirlər zamanı ictimaiyyətin aktiv nümayəndələrinin təhlükəsizliyinin təmin olunması istiqamətində polisə yardımı təmin etmək üçündür. "Bu gizli şəkildə "işverənlik" və agentura şəbəkəsi deyil. Əməliyyat xidmətinin özünün məxfi şəbəkəsi olur. Peşəkar əməliyyatçıların məxfi agentləri olur. Bu agentlər də iki hissəyə bölünür. Bir hissəsinə DİN tərəfindən pul ödənilir. Bunu gizlətməyin mənası yoxdur və vaxtilə mənim özümün də belə bir şəbəkəm olub. Həmçinin sahə müvəkkilləri də ərazidə yaşayan şəxslərdən məlumat alırlar ki, onlara da "inanılmış şəxs" deyilir. Onlarla fəaliyyət isə DİN-in daxili təlimatlarında, əmr və digər hüquqi-normativ aktlarda nəzərdə tutulub" - deyə M.Hacıyev bildirir.

"İnanıram ki, vətəndaşlarımız da bu işə böyük maraq göstərəcəklər"

Parlament üzvü olan hüquqşünaslar mətbuata açıqlamalarında bu məsələyə mənfi yanaşmanın doğru olmadığını bildiriblər. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev milli.az-a bildirib ki, sadə insanlar da ictimai asayişin qorunmasında polis nəfərlərinə kömək olacaqsa, stabilliyin qorunması üçün vacibdir. O, vətəndaşların da bu işə böyük maraq göstərəcəyinə əmin olduğunu deyib.

"Bu gün dünyada və regionda elə proseslər baş verir ki, hər bir Azərbaycan vətəndaşı çox diqqətli olmalıdır. Bilirsiz ki, Azərbaycan torpaqları neçə illərdir ki, işğal altındadır. Bizə düşmən mövqedə duran, ərazi iddiaları ilə çıxış edən dövlət var - Ermənistan. Düşmənlərimizdən bizə qarşı hər hansı təhlükəli hərəkət  gözləmək olar. Ona görə də vətəndaşlar da ayıq-sayıq olmalıdırlar. Təbii ki, sadə insanlar da ictimai asayişin qorunmasında polis nəfərlərinə kömək olacaqsa, bu da çox düzgün addım olacaq. Böyük ehtimalla həmin insanların sosial təminat və maaş məsələləri də öz həllini tapacaq. Azərbaycan bu gün dünyada siyasi sabitliyin mövcud olduğu çox az ölkələrdən biridir. Ona görə də bu stabilliyi qorumaq çox vacibdir. İnanıram ki, vətəndaşlarımız da bu işə böyük maraq göstərəcəklər".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə azvidion.az-a bildirib ki, burada söhbət hüquqazidd hərəkətlərlə bağlı polisə köməkdən gedir ki, bu da hər bir vətəndaşın borcudur. Lakin millət vəkilinin sözlərinə görə, həmin şəxslər polisin səlahiyyətlərini mənimsəyib, özlərini polis kimi təqdim edib qərar qəbul edə bilməzlər. Onlar sadəcə polis orqanları ilə birlikdə müəyyən vəzifələrin yerinə yetirilməsində, hadisələrin qarşısının alınmasında, maarifləndirmə işlərində, hüquqazidd əməllərin qarşısının alınmasında iştirak edə bilərlər. Həmin şəxslər həyatı təhlükə olan əməliyyatlara cəlb olunmayacaqlar".

Rəşad VAQİFOĞLU
Xəbər 2293 dəfə oxunub






Oxşar xəbərlər

Prezident yaşı 70-i keçənləri istefaya dəvət etdi!
Elmar Vəliyevi ölümdən xilas edən cangüdəni danışdı
Milli Şuranın aksiyasını hansı qüvvələr təşkil edib - yeni gəlişmələr
Sürücülük vəsiqəsi barədə – Yeni qayda
ABŞ-ın İllinoys Universitetinin professoru ADAU-ya gəlib
"AZƏRSU ASC"-yə qarşı şikayət davam edir - MƏKTUB
Qubada avtomobil oğrusu tutulub
Real TV Mirşahinin diplomatik qalmaqala səbəb ola biləcək verilişini sildi
Pakistan prezidenti Bakıya səfər edəcək
“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu
Əli Kərimli niyə elə etdi, bəs ona qarşı niyə belə etdilər...
Baş nazirin qosqoca müavinləri vəzifələrindən getdi - SƏRƏNCAMLAR
Hafiz Hacıyev qardaşını itirdi
“Beşiktaş” klubuna yeni prezident seçilib
Milli Şuranın 19 oktyabr aksiyasına digər partiyalardan: "Belə olsun istəmirik!"
Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
Rusiyanın “ən təhlükəli” hərbi gəmisi...
18 illik şöbə müdiri işdən çıxdı
Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib
Bakının ən qəribə küçə adları (SİYAHI)
YAP bəyanat yaydı: "Qanuni hakimiyyətin devrilməsi çağırışları ölkənin konstitusion quruluşuna qəsddir"
Cəlilabad Təhsilində nə baş verir? - QALMAQAL
ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.30410] initstartout [0.00018] initstartin [0.00068] calstart [0.01219] calend [0.00080] topnewsend [0.00621] rsssend [0.00000] ehgend [0.04364] tagsstart [0.00090] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23946]