Bakı Slavyan Universitetində Polşa səfiri qonaq oldu

  • 17 mart 2016, 19:48
Bakı Slavyan Universitetinin rektoru, proessor Asif Hacıyev Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanı qəbul edib. Görüş çərçivəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Polşaşünaslıq üzrə təhsil alan tələbələrin bu dili daha mükəmməl mənimsəmələri üçün onların Polşada dil təcrübəsi keçmələri barədə müzakirələr aparılıb. Rektor Polşanın Varşava Universiteti ilə sıx əlaqələri barədə danışıb. Qeyd edilib ki, BSU tərəfindən polyak dilində Azərbaycan ədəbiyyatı nümunələri çap olunub.

Polşa ilə Azərbaycan arasındakı əlaqələrdən danışan Marek Tsalka təhsil sahəsindəki münasibətlərə də toxunub, BSU ilə Polşanın ali təhsil müəssisələri arasında mövcud olan əməkdaşlıqla bağlı layihələrdən, polşaşünaslıq üzrə mütəxəssis hazırlığının səviyyəsindən, bu sahədə aparılan elmi araşdırmalardan və nəşrlərdən razı qaldığını dilə gətirib. Bildirilib ki, 2016-cı ildə Polşada görkəmli yazıçı Henrik Senkeviçin xatirəsinə Henrik Senkeviç İli elan olunub. Görüş zamanı Polşa səfirliyinin BSU-nun Polyak dili və mədəniyyəti mərkəzi ilə Senkeviç Günü çərçivəsində silsilə tədbirlər keçirməsi qərara alınıb.
 
Demokratik.Az
Oxşar xəbərlər