Dağlıq Qarabağla bağlı qərarlar məcburedici qüvvəyə malik deyil - Açıqlama

  • 04 mart 2016, 21:46
"Ştat qanunvericiləri tərəfindən Dağlıq Qarabağla bağlı qəbul olunan qərarlar məcburedici qüvvəyə malik deyil və ABŞ-ın xarici siyasətini əks etdirmir”.
 
Bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter” səhifəsində yazıb.
 
Xatırladaq ki, ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatası qondarma "Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qətnamə qəbul edib.

APA