Böyük təlim başladı

  • 28 fev 2016, 20:12
Səudiyyə Ərəbistanı ordusu Orta şərqin ən böyük hərbi təliminə başlayıb.
 
"Raduş Şimal" (Şimali Göy Gurultusu) adlı hərbi təlimə 20-dən çox ölkənin ordusu qatılacaq. 
Təlimlərin başladığını Səudiyyə Ərəbistanı ordu komandiri general Fəhd bin Abdullah Əl-Mutayri açıqlayıb: "Allahdan bütün təlimə qatılanların səylərini müvəffəqiyyətlə bitirmələrinə yardım etməsini xahiş edirik. Hər kəsdən ordumuzun döyüş qabiliyyətlərini, döyüşə hazırlıq səviyyəsinin yüksəldilməsi üçün səy göstərməsini gözləyirik". 

Böyük hərbi təlimə 20 ölkə ilə yanaşı, Əl-Cəzirənin xüsusi birlikləri də qatılacaq. Təlimdə tanklar, piyadalar, hava və dəniz müdafiə qüvvələri iştirak edir.

baku.ws
Oxşar xəbərlər