Britaniya Nemtsovun qatilinin tapılmasını tələb edir

  • 27 fev 2016, 20:51
Britaniyanın Xarici İşlər Nazirliyi Rusiya hökumətini müxalif siyasətçi Boris Nemtsovun qatilinin tapılmasına və məhkəməyə verilməsinə çağırıb.

Britaniya XİN-nin Aropa işləri üzrə başçısının müavini Devid Lidinqton verdiyi açıqlamada deyib: "Mən Rusiya hökumətini bu cinayətdə əli olan hər kəsi məsuliyyətə cəlb etməyə çağırıram. Rusiyada və dünyada olduğu kimi, Britaniya hökuməti də hadisələrin gedişini diqqətlə izləyir”.

Qeyd edək ki, Nemtsov ötən ilin fevralın 27-də Moskvanın mərkəzində öldürülüb.

musavat.com
Oxşar xəbərlər