Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:30 - 18.10.2019  
Eldar Mahmudovun nəhəng biznes imperiyası
Tarix: 21-02-2016, 10:34 | Bölmə: ---

Keçmiş nazir Azərbaycanda və Avropada dövriyyəsi on milyonlarla ölçülən şirkətlər qurub.

Eldar Mahmudovun nəhəng biznes imperiyasıMilli təhlükəsizlik nazirlərindən hələ heç biri vəzifəsindən bu cür getməmişdi. 11 il milli təhlükəsizlik naziri işləyən general-polkovnik Eldar Mahmudov 2015-ci ilin 17 oktyabr tarixində işdən azad edildikdən sonra rəhbərlikdə təmsil olunan bir neçə şəxs həbs edildi, 250-dən çox əməkdaşı işdən çıxarıldı, nazirlik ləğv edildi, nazirliklə bağlı cinayət işi açıldı, nazirin atasının büstü Naxçıvanda uçuruldu və bu gərginlik Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə də sıçradı. Rabitə və yüksək texnologiyalar naziri də işdən çıxarıldı, qurumun rəhbər vəzifələrində çalışanlar həbs edildi, bəziləri işini itirdi. 

Yan-yörəsi həbs edilən Eldar Mahmudovun özünün niyə məsuliyyətə cəlb edilmədiyi hələ açıqlanmır. Bəzi mətbuat orqanları ifadə verməyə çağırılarkən onun səhhətinin pisləşdiyini və sanatoriyaya yerləşdirildiyini yazmışdılar. Bugünə qədər bu məlumatlar nə təsdiq, nə də təkzib olunub.

Qohumlar işdən çıxdı

Eldar Mahmudovun xanımı Tahirə Mahmudova 2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında katib vəzifəsində çalışır. O, Konfederasiyanın Məclis və İcraiyyə Komitəsinin üzvüdür. Həyat yoldaşı Eldar Mahmudov vəzifəsindən çıxarıldıqdan sonra o, öz ərizəsi ilə işdən çıxıb.

Daha sonra keçmiş nazirin vəzifə daşıyan qohumları da üzə çıxdı. Belə ki, Mahmudovun vəzifədən gedişindən sonra nazirin qohumu Pərvanə Şəfiyeva Səhiyyə Nazirliyi Dərmanların Ekspertizası İdarəsinin rəis müavini vəzifəsindən azad edildi. Nazirin digər qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynova da qapını göstərdilər.

Eldar Mahmudovun bacısı Elmira Mahmudova Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi vəzifəsində çalışır. Onun işlərinin necə getməsi ilə bağlı hələlik məlumat yoxdur.

Ailənin ölkədəki biznesi

Eldar Mahmudovun 3 uşağı var. Nazirin qızı Xuraman Mahmudova İsveçrədə maliyyə ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb. Bununla yanaşı Xuraman xanım 2015-ci ildə uşaqlar üçün nəzərdə tutulan "Sehrli Səyahət" adlı hekayəsini vəzifəli şəxslərin iştirakı ilə İçərişəhərdə təqdimatını keçirib.
Mahmudovun kiçik qızı Nərgiz Mahmudova 2015-ci ilin sentyabrında sabiq prezident Heydər Əliyevin qardaşı nəvəsi Rasim Əliyevlə ailə həyatı qurub. Eldar Mahmudovun oğlu Anar Mahmudov Azərbaycanda, Türkiyədə, İspaniyada, Lüksemburqda şirkət sahibidir. Onun yaratdığı şirkətlər atasının nazir təyin olunduğu vaxtdan sonraya təsadüf edir. Anar Bakıda "Caspian Crystal" Holdinqinin İdarə Heyətinin sədridir.  Şirkətə "Beluga", "Salvador Dali", "Lord", "VİP" və "Velluto" kimi dəbdəbəli restoranlar şəbəkəsi daxildir. Şirkət ərzaq bazarına da daxil olub. Onlar 2007-ci ildən başlayaraq "Gastronomy-1”, "Gastronomy-2” və "Gastronomy-3” mağazalarını açıblar. Eyni zamanda şirkət Azərbaycanda dünyanın hər yerindən gətirilmiş şərablar və alkoqollu içkilər təklif edən ilk butikin yaradıcısıdır. "Wine City" adlı 18000 şüşənin saxlanıldığı şərab anbarı da şirkətə daxildir. Şirkət şərab butikinin layihəsi və dizaynını fransızlarla birgə hazırlayıb. Bu şərablar elit müəssisələrə təqdim edilib və VİP müştərilər üçün nəzərdə tutulub. Şirkət "müştəri tələbatının artmasını" nəzərə alaraq 2012-ci ildə "Wine City-2" mağazasını açdığını bildirir. 

Holdinqə "Range Rover", "Jaguar", "Maseratı", "Ducati" kimi avtomobilləri Azərbaycana gətirən "Crystal Motors" da daxildir. Anar Mahmudov deyir ki, "Bizim missiyamız qida, içki, restoran və keyterinq biznesində ən yaxşı və yüksək keyfiyyətli xidmətləri Azərbaycan bazarında tanıtmaqdır". Amma bu xidmətləri göstərmək üçün xərclənən pullar şəffafdırmı?

Anar Mahmudov Azərbaycanda "Diqlas-1" MMC-nin təsisçisi, həm də qanuni nümayəndəsidir, "Kristal İnşaat" MMC-nin isə təsisçisidir.  "Kristal İnşaat" 2008-ci ildə, "Diqlas-1" MMC isə 2010-cu ildə yaradılıb. Tender siyahısında şirkətlərin adına rast gəlmədik.

Xarici ölkələrdə biznes

Mahmudovun ailə üzvlərinin xarici ölkələrdə də biznesi var. Eldar Mahmudov 2004-cü ildən nazir vəzifəsində çalışırdı. Nazir işlədiyi dönəmdə - 3 avqust 2012-ci ildə o, "Royals" Turizm İnşaat Sanayi Ticaret Anonim Şirkətinin İdarə Heyətinin üzvü olub. Türkiyə bazarlarında şirkətin 100.000 TL-lik sərmayəsi olduğu göstərilir. Şirkət Türkiyədə və xarici ölkələrdə turistlərin gəzintisini və turları təşkil edib. Şirkətin digər sərmayədarı və nümayəndəsi Ağamikayıl İsmayılovdur.
Anar Mahmudov isə Türkiyədə "Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited" şirkətinin şəriklərindən biridir. Oğul Mahmudov həmçinin "Sınalco Gayrimenkul ve Danışmanlık Hizmetleri Anonim" şirkətinin İdarə Heyətinin sədridir. 

Gəlin, İspaniyadakı şirkətlərə göz ataq. Anar Mahmudovun İspaniyada 4 şirkəti var. "22 Vaquer De Bendinat S.L." və "Son Sana Portals S.L." adlı şirkətlər tikinti, inşaatla məşğul olur. 22 Vaquer De Bendinat S.L. şirkətinin kapitalı 4 milyon 403 min 085 avrodur. Şirkət 31 mart 2015 -ci ildə yaradılıb. "Son Sana Portals S.L." şirkəti 3 min 100 avro kapitala sahibdir. 

İspaniyada digər şirkəti "Macent Invest Group SL" şirkətidir ki, kapitalı 19 milyon 563 min 600 avrodur. Dördüncü şirkəti olan Majorca Capas Group İnvestment SL" isə 11 milyon 859 min 111 avro kapitalı var. Majorca tikinti, alqı-satqı, daşınmaz əmlak sahəsində işləyir. Şirkət 2006-cı ilin 15 mayında yaradılıb. Şirkətin ödədiyi vergi 2 milyondan bir az azdır .

Oğul Mahmudovun Lüksemburqda da şirkətləri var. Onun direktoru olduğu "Utılıcom" və "Konoco .M" şirkətləri 2015-ci ildə yaradılıb. 

Sənədlərdə bildirilir ki, Anar Mahmudov gəlirləri haqqında deklarasiya təqdim etməyib.

Cavabsız qalan suallar

Öyrənmək istədik ki, Anar Mahmudov dörd ölkədə şirkət açmaq üçün xərclədiyi pulları necə əldə edib? İdarə Heyətinin sədri olduğu "Caspian Crystal" Holdinqə zəng etdik. Holdinqin qəbul şöbəsində çalışan xanım dəstəyi qaldıraraq ilk sualımıza "o, burada oturmur" cavabını verdi. Daha sonrakı suallara bu cavabları aldıq: "Harada oturduğunu bilmirəm. Bizdə onun əlaqə nömrələri yoxdur. Ümumiyyətlə, biz onu görmürük, o, burada olmur. İşə düzələndən Anar müəllimi görməmişəm. Dəqiq deyə bilmərəm onu necə tapa bilərsiniz?!"
Eldar Mahmudovun nəhəng biznes imperiyası
Baş Prokurorluğa göndərdiyimiz yazılı sorğuya da cavab verilmir. Biz Eldar Mahmudovun istintaqa cəlb olunması, ifadə verib-verməməsi ilə bağlı maraqlandıq. Eyni zamanda soruşduq ki, onlar Mahmudovlar ailəsinin xaricdəki şirkətlərinin maliyyə qaynaqlarını təftiş edirlərmi? Amma prokurorluq heç bir sualımıza cavab vermədi.

Eldar Mahmudovun nəhəng biznes imperiyasıEldar Mahmudov da susur. Birlikdə çalışdığı 19 işçisi həbsdə, 250-dən çox əməkdaşı onunla birlikdə işsiz qalıb. Mahmudovla bağlı hansısa qanuni cəza çıxarılmayıb. Sadəcə Wikipediada onunla bağlı bir cümləyə düzəliş edilib: Eldar Mahmudovun sələfi: Namiq Abbasov, xələfi: vəzifə ləğv edilib. 

Meydan.tv
Xəbər 3492 dəfə oxunub






Oxşar xəbərlər

12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.25463] initstartout [0.00019] initstartin [0.00068] calstart [0.00910] calend [0.00051] topnewsend [0.00482] rsssend [0.00000] ehgend [0.00571] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23296]