Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:06 - 20.01.2020  
170 min dollarlıq məhkəmə işi - Şikayətçi 5 saat Prokurorluqda izahat verdi
Tarix: 18-02-2016, 08:16 | Bölmə: ---

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi keçmiş əməkdaşı Səfər İmanov ətrafında yaranan məsələyə bir daha münasibət bildirib. Komitə tərəfindən Modern.az saytına verilən rəsmi məlumatda bildirilir ki, Dövlət Komitəsinin keçmiş əməkdaşı Səfər İmanov 2015-ci il 1 noyabr tarixindən fəaliyyətinə xitam verilib. Fəaliyət göstərdiyi müddət ərzində onunla bağlı əmək intizamın pozulması faktları qeyydiyata alınıb və iki dəfə töhmət alıb. Bununla bağlı qeyd etmək istəyirik ki, Səfər İmanov iş yerində əmək vəzifələrin yerinə yetirilməməsi və fəaliyyətində etdiyi nöqsanlara görə komitənin kollegiya və növbədənkənar iclaslarında rəhbərlik tərəfindən dəfələrlə tənqid edilib.

Nəzərə çatdırmaq lazımdır ki, Səfər İmanov valideynlərin xəstəliyi və ölümü,  həyat yoldaşının və özünün səhhətindəki problemlərlə bağlı dəfərlərlə Komitənin rəhbərliyinə müraciət edibdir. Eyni zamanda 4 uşaq atasıdır. Onun işdən çıxarılmasının təxirə salınması da elə məhz bu kimi səbəblərdən, eləcə də humanistlik nöqteyi-nəzərdən gecikdirilirdi. İş prosesində yol verdiyi sonuncu qeyd edilən pozuntuları və nöqsanları da fəaliyyətinin dayandırılmasına əsas olub.
Qeyd etməliyik ki, sabiq Aparat rəhbəri Səfər İmanov Komitədə işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Kərimov Eynur adlı şəxs Komitəyə müraciət edib. Həmin vətəndaşın dediyinə görə, o, 4 il əvvəl Səfər İmanova  pul vəsaiti təqdim edibdir. Eyni zamanda rəqəmlər şəxs tərəfindən dəyişdirilərək hər dəfə fərqli ifadə edilib. Həmin vətəndaş 4 il müddətində Səfər İmanovla yaxın əlaqədə olub. Burdan sual ortaya çıxır ki, niyə 4 il ərzində E.Kərimov tərəfindən rəsmi şəkildə Komitəyə və hüquq-mühafizə orqanlarına müraciətlər edilməmişdir?!

Biz məsuliyyətlə qeyd edirik ki, həmin şəxslə Komitə sədri Hicran Hüseynovanın işlə təmin edilməsi və hər hansı pul vəsaitinin verilməsi ilə bağlı heç bir əlaqəsi və danışıqlıqlar olmayıb.

 Qeyd etmək istərdik ki, Dövlət Komitəsinin sədri Hicran Hüseynova Komitənin çərçivəsindən kənar kimisə vəzifəyə təyin etmək üçün inzibati və rəsmi səlahiyyətlərə malik deyil. Onu da əlavə edək ki, bir sıra kütləvi informasiya vasitələrində Səfər İmanovun Hicran Hüseynovanın dayısı oğlu olması ilə bağlı məlumatlar yer alıb. Və biz bunu təkzib edərək nəzərinizə çatdırmaq istərdik ki, bu məlumat yanlışdır.

Digər məqam isə ondan ibarətdir ki, 5 fevral 2016-cı il tarixində bu məsələlərin araşdırılması üçün Dövlət Komitəsi rəsmi şəkildə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Məsələnin öz həllini tapması üçün  araşdırmaların nəticəsi gözlənilir.

Hesab edirik ki, Vəkillər Kollegiyası və müvafiq təşkilatlar bu şəxsin vəkillik etikasına və vəkillik fəaliyyətindəki peşəkarlıq meyarlarına diqqət yetirəcəklər. Çünki bu, vəkillik etikasının pozulmasının və qeyri-peşəkar fəaliyyətin bariz nümunəsidir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Yəni cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

Hüquqşünas Adəm Məmmədovun Komitənin növbəti açıqlamasına cavabı da gecikməyib.

A.Məmmədov Modern.az saytına bildirib ki, heç vaxt qarşı tərəfi təhqir edəcək hər hansı ifadə işlətməyib: "Mən heç bir halda Hicran Hüseynovanı cinayətkar adlandırmamışam. Əgər komitə sədrinə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan cinayətkar desəydim, bu, təqsirsizlik prezumpsiyasının pozulması olardı. Mən heç kimə cinayətkar deməmişəm. Sadəcə şikayətçinin ittihamını mətbuata çatdırmışam. Bildirmişəm ki, şikayətçi deyir ki, pulu birbaşa sədrə verib. Bir daha bildirirəm ki, məsələ ilə bağlı komitədə olmamışam. Bu cür yalan açıqlama vermək, əslində onların əleyhinə yönəlir. Mən peşəkar vəkiləm və heç vaxt komiyətə getmərəm.

170 min dollarlıq məhkəmə işi - Şikayətçi 5 saat Prokurorluqda izahat verdiHüquq-mühafizə orqanlarından qaçmağımız iddiasına gəlincə, qeyd edim ki, müvəkkilim 17 fevral saat 16:00-dan bundan 30 dəqiqə əvvələdək mənim iştirakımla Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində izahat verib”.

A.Məmmədov son olaraq Komitə sədrinə məsləhət verib: "Məsləhətim budur ki, Komitə sədri qanunu düzgün qavrasın, həm də məqalələri diqqətlə oxusun”.
Xəbər 2673 dəfə oxunub






Oxşar xəbərlər

Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb
Şəbnəm necə də cazibədardır – FOTOLAR
Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb
Kəndə hücum edən ac canavarlar iti parçaladı
İkram Rəhimov koloniyada hüquqlarının pozulmasından şikayət edib
Vilayət Eyvazov müşavirə keçirdi
Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO
Rusiyanın yeni baş naziri təsdiqləndi
"Zirə" Rumıniya klubuna qalib gəlib
Hələbə endirilən raket zərbələri 4 nəfəri öldürüb
Prezident DTX rəhbərinə yeni vəzifə verdi
Abşeron "kraliçası"nın da biznesi ARAŞDIRILIR
Netanyahu və Putin arasında telefon danışığı olub
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib
UEFA Ronaldoya görə sxemi dəyişdi
QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb
Rusiyada hökumət istefaya gedib
Bakı yol polisinə yeni rəis TƏYİN OLUNDU
ABŞ-İran gərginliyi neftin qiymətini “oynadır”
Polis rəisinin müavini vəzifə başında öldü
“Bibiheybət yolu”nun tam istifadəyə veriləcəyi vaxt açıqlandı
Həbs olunan icra başçısının hakim oğlu İŞƏ ÇIXMIR
Şok reaksiya! Nərminin anası Bakıdan ev istəyir
Eyni dairələrdə toqquşan tanınmışlar… – Siyahı
Paltarının yarığı bikinisinə qədər uzandı – Foto
Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb
Avropa İttifaqı ilə saziş NİYƏ yubanır?
Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib
Gəncə Dövlət Universiteti qapıları yenə açdı - MEDİATUR
Rusiya hökuməti tam tərkibdə istefa verdi
Baş prokurorun müavini: Ötən il 9 vəzifəli şəxs həbs olunub
Rüstəm Usubovun cəzalandırmaq istədiyi vəkilə medal verildi
Əfv Komissiyasının yeni sədri kim olacaq?
Daşkəsən polisi özbaşına ovçuları yaxalayıb
Xaçmazda ev oğruları saxlanıldı
"DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir" — Zahir Əzəmət
İlham Əliyev Ermənistanın yalanlarını faktlarla ifşa etdi
Kəlbəcərlilərin daha bir Millətvəkilliyinə adayı qeydə alındı - O ŞAİRDİR
Efirdə rüsvayçılıq! "Ayıb olsun sənə, özgə kişini saxlayırsan"
Afət Telmanqızı və Ləman Ələşrəfqızı REAL-dan ayrıldı
“Ünvanlı sosial yardım proqramı genişləndiriləcək”
Sahil Babayev: “Ötən il DOST iş mərkəzləri 38 min iş yeri yaradıb”
"Sizə cərimə yazılacaq” - Sığorta şirkətləri vətəndaşları hədələyir
Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi
İcbari tibbi sığorta üzrə xidmətlər zərfi təsdiq edildi
Generalın adı 3 milyonluq mənzil qalmaqalında hallanır
Yeməkdən sonra isti çay içməyin!
İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”
İran Kanadanın bütün nümayəndələrinə viza verib
Fəridə Əzizova jurnalistləri məhkəməyə verib
Qanunları heçə sayan “efir müstəntiqləri”
Vilayət Eyvazov generalın qardaşını işdən çıxardı
Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib
Qəbul qaydalarına dəyişikliklər haqqında Nazirlər Kabinetinin qərarının İZAHI
Vasif Talıbov “Şərəf” ordeni ilə təltif edildi
Roman Qriqorçuk "Astana"dan ayrıldı - Rəsmi
Prezident yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
ŞOK SİYAHI! Hansı məmur və deputatlar ADAU-dan "sosial yardım" alır?
“Donald Trampı Ağ Evdən qovacam”
“Ana, məni zorlayıblar” – 18 yaşlı qız özünü öldürdü

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28992] initstartout [0.00019] initstartin [0.00070] calstart [0.00951] calend [0.00050] topnewsend [0.00386] rsssend [0.00000] ehgend [0.01527] tagsstart [0.00074] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.25913]