Mübariz Mənsimov hotelini satdı

  • 15 fev 2016, 23:06
Tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbuldakı "The Edition” hotelini satıb.

Fins.az  xəbər verir ki, iqtisadi vəziyyətinin çətinləşmədiyini, lakin yaxşı qiymətə alan olsa, bir sıra biznesini sata biləcəklərini deyən M. Mənsimov yalnız dənizçilik sahəsindəki fəaliyyətlərini heç vaxt dayandırmayacaqlarını bildirib.

Əsas işlərinin dənizçilik olduğunu deyən iş adamı Türkiyədə bu sahədə ən geniş fəaliyyət göstərən şirkətlərdən biri olduqlarını vurğulayıb. İş adamı hələki İstanbuldakı "The Edition” hotelindən başqa heç bir obyektini satışa çıxarmadıqlarını deyib.
 
Demokratik.Az
Oxşar xəbərlər