NATO: Sərhədlər pozulmamalıdır

  • 13 fev 2016, 18:32

"Rusiya Avropa təhlükəsizlik qaydalarını pozur. NATO-nun cavabı da güclü olmalıdır".

Bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

"Bizim aydın prinsiplərimiz var, sərhədlər pozulmamalıdır", - deyə baş katib bildirib.

Stoltenberq şəffaflığı artırmaq və insident riskini azaltmaq məqsədilə NATO ilə Rusiya arasında dialoqun əhəmiyyətini vurğulayıb.

Oxşar xəbərlər