Türk əsgərinin yemək yediyi evə qoyduğu məktub bütün ölkəni duyğulandırdı - FOTO

  • 09 fev 2016, 20:07

Türkiyədə PKK terrorçularına qarşı başladılan hərbi əməliyyatlar davam edir.

Son bir ay ərzində Cizrədə 654 terrorçu öldürülüb. Rəsmi məlumatlara görə, Cizrədə cəmi bir neçə məhəllə terrorçuların əlindədir. 

"23 nömrəli bina" kimi tanınan binada hələ də 60 terrorçunun olduğu deyilir. Atışmaların davam etdiyi bir zamanda Türk əsgərinin yazdığı məktub, evlərini tərk etmək məcburiyyətində qalan Cizrə əhalisini duyğulandırıb. Tərk edilmiş evlərdən birində hərbi əməliyyatdan sonra nahar edən türk əsgəri, masanın kənarına pul və bir məktub yazıb qoyub. Məktubda bunlar yazılıb: "Bura ölkəmizin bütövlüyünün davamını təmin etmək, sizlərə sülh və əminamanlıq gətirmək üçün gəldik. Evinizdə müəyyən bir müddət qonaq olduq. Bəzi qidalardan istifadə etmişik. Bəlkə qoyduğum pul sizin zərərlərinizi qarşılamayacaq, amma üzərimdə bu qədər var idi. Haqqınızı halal edin. Hamımız bu vətənin övladlarıyıq. Cizrə xalqını sevirik."

Oxşar xəbərlər