"Coca-Cola" Vergilər Nazirliyini məhkəməyə verdi

  • 06 fev 2016, 22:19
"Azərbaycan Coca-Cola Bottlers Limited" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Azərbaycan Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamentini məhkəməyə verib.

MMC departamentinin qərarının ləğv olunması, hesablanmış və dövlət büdcəsinə ödənilmiş pulun qaytarılması barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı mümkünsüz hesab edib.

Qərardan narazı qalan "Coca-Cola" apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

Report
Oxşar xəbərlər