İcra hakimiyyətlərinin 11 əməkdaşı dövlət qulluğundan qovuldu

  • 05 fev 2016, 21:40

Etik davranış qaydalarını pozan yerli icra hakimiyyəti orqanlarının adları açıqlanıb. 

 

Dövlət Qulluğu Məsələrəi üzrə Komissiyadan (DQMK) Publika.az-a verilən məlumata görə, ötən il yerli icra hakimiyyəti orqanlarında etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilmiş 83 intizam tənbeh tədbirinin təhlili zamanı müəyyən olunub ki, Ağstafa Rayon İcra Hakimiyyəti üzrə 12, Salyan Rayon İcra Hakimiyyəti üzrə 11, Şamaxı Rayon İcra Hakimiyyəti üzrə 10, Zərdab Rayon İcra Hakimiyyəti üzrə 7, Biləsuvar Rayon İcra Hakimiyyəti üzrə 6, Ucar Rayon İcra Hakimiyyəti üzrə 6, Daşkəsən Rayon İcra Hakimiyyəti üzrə 5, Masallı Rayon İcra Hakimiyyəti üzrə 5, Abşeron Rayon İcra Hakimiyyəti üzrə 3, Zaqatala Rayon İcra Hakimiyyəti üzrə 3, Şabran Rayon İcra Hakimiyyəti üzrə 3, Beyləqan Rayon İcra Hakimiyyəti üzrə 2, Lənkəran Şəhər İcra Hakimiyyəti üzrə 2, Qax Rayon İcra Hakimiyyəti üzrə 1, Füzuli Rayon İcra Hakimiyyəti üzrə 1, Binəqədi Rayon İcra Hakimiyyəti üzrə 1, Qazax Rayon İcra Hakimiyyəti üzrə 1, Yardımlı Rayon İcra Hakimiyyəti üzrə 1, Qəbələ Rayon İcra Hakimiyyəti üzrə 1, Ağdaş Rayon İcra Hakimiyyəti üzrə 1, Qobustan Rayon İcra Hakimiyyəti üzrə 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.

 

Yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 83 intizam tənbeh tədbirindən 72-i töhmət, 11-i dövlət qulluğundan azad edilmə olub.

 

Yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirlərinin təhlili zamanı məlum olub ki, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”Qanunun 4-cü (Vicdanlı davranış) maddəsinin tələblərinin pozulması üzrə 7, 5-ci (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması) maddəsinin tələblərinin pozulması üzrə 12, 6-cı (Loyallıq) maddəsinin tələblərinin pozulması üzrə 10, 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) maddəsinin tələblərinin pozulması üzrə 2, 9-cu (Mədəni davranış) maddəsinin tələblərinin pozulması üzrə 1, 10-cu (Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi) maddəsinin tələblərinin pozulması üzrə 44, 13- cü (Korrupsiyanın qarşısının alınması) maddəsinin tələblərinin pozulması üzrə 1, 16-cı (Əmlakdan istifadə) maddəsinin tələblərinin pozulması üzrə 2, 18-ci (İctimai və siyasi fəaliyyət) maddəsinin tələblərinin pozulması üzrə 4 intizam tənbeh tədbiri tətbiq edilib.

 

Demokratik.Az

Oxşar xəbərlər