Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:17 - 21.09.2019  
Hansı universitet bağlana bilər - ARAŞDIRMA
Tarix: 27-01-2016, 17:59 | Bölmə: ---

Hansı universitet bağlana bilər - ARAŞDIRMADemokratik.Az bildirir ki,ötən gün Təhsil nazirinin müavini Cehyun Bayramov gələcəkdə bəzi ali təhsil müəssisələrinin birləşdirilməsi prosesinin davam etdiriləcəyi anonsunu verib. Onun sözlərinə görə, bu proses çərçivəsində ötən il Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilib: "Həmçinin Müəllimlər İnstitutunun bir neçə filialları bağlanıb. Mingəçevir Müəllimlər İnstitutu ilə Mingəçevir Politexnik İnstitutu Mingəçevir Dövlət Universiteti adı altında birləşdirilib”. Hazırda Təhsil Nazirliyində akrreditə olunmuş 37 ali məktəb var. 

 
Bir-birini təkrarlayan fakültələr  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Elmi Tədqiqat Mərkəzində əmək bazarı və məşğulluq problemləri üzrə şöbənin müdiri Mətləb Mahmudovun qəzetimizə verdiyi məlumata görə, ƏƏSMN və İqtisadiyyat Nazirliyinin müvafiq şöbələrinə müxtəlif sahələr, o cümlədən ali məktəblərə kadr hazırlığı üzrə proqnozların verilməsi tapşırılıb: "Ali məktəb rəhbərləri abituriyent qəbulu üzrə Təhsil Nazirliyinə məlumat verirlər, bu da bizim nazirliklə birgə təhlil olunur və planlaşdırma aparılır. Bu il vəziyyət əvvəlki illərdən fərqlidir. Əslində biz 2025-ci ilə kimi hansı sahələrə hər il ölkəyə nə qədər kadr lazım olacağı proqnozunu vermişdik. Amma  biz bunu  neftin dünya bazarında qiyməti yüksək olan dövrdə xarici mütəxəssislərlə hazırlamışdıq. Hazırda neft qiymətlərinin birdən-birə enməsi müəyyən dövlət proqramlarının icrasını da sual altında qoyub. 4 illik qənaət rejiminə keçilib deyə, yeni proqnozların hazırlanmasına ehtiyac yaranıb. Artıq TQDK dövlət idarələrinə və müəssisələrinə də boş qalan iş yerlərinə vakansiya elan etməyəcək. Əksinə, idarə və müəssisələrin müxtəlif sahələrində müəyyən ixtisarlar gözlənilir".    

2020-ci ilə qədər əmək bazarında hansı peşə və ya ixtisaslara ehtiyac olacağının planlaşdırıldığını deyən Mətləb Mahmudovun sözlərinə görə, aparılan araşdırmaların nəticəsi göstərir ki, 2016-2017-ci tədris ilində bir neçə ali məktəbin bağlanması mümkündür. Bu siyahıda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Texniki Universitetin adları çəkilir: "Məlum olub ki, bəzi ali məktəblərin hazırladığı mütəxəssislərə ehtiyac ya yoxdur, ya da böyük deyil. Bir çox ali məktəblərin birləşdirilməsi də gündəmdədir. Sumqayıt Dövlət Universitetinin, Tibb Universitetinin bir çox fakültələrinin taleyi sual altındadır. Tibb Universitetinə tələbə qəbulu  50 nəfərədək azaldıla bilər.   Müşahidələr göstərir ki, Tibb Universitetini hər il 300-dən çox bitirən məzunlarının kadr hazırlığı səviyyəsi qənaətbəxş deyil. Hansı ali məktəblərdə paralel ixtisaslar üzrə təhsil verilirsə, onların ixtisarları gözlənilir. Məsələn, Bakı Dövlət Universitetində, Slavyan Universitetində və başqa  ali məktəbdə də regionşünaslıq fakültəsi varsa, onlardan yalnız birinin saxlanması məqsədəuyğundur ". 

Ali məktəblərə tələbə qəbulu azaldıla bilər 

Qeyd edək ki, Prezident yanında Təhsil üzrə Komissiya ötən il 2015/2016-cı tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planını 39 min 497 yer (onlardan 11 min 799-u dövlət sifarişli) müəyyənləşdirilmişdi.  Ekspertin sözlərinə görə, 2015-2016-cı tədris ilində ali məktəblərə tələbə qəbulunda da xeyli azalmalar ola bilər. Bu rəqəm 25-30 faiz, hətta daha yüksək rəqəmlə proqnozlaşdırılır: "Təhsil  sahəsi üzrə əmək bazarında tələbat necədirsə, onunla bağlı hazırda təhqiqat və islahatlar aparılır. Amma islahatlar elə aparılmalıdır ki, təhsil prosesi pozulmasın. Çünki təhsil elitasını, müəllimləri də işsiz qoymaq mümkün deyil. Eyni zamanda, iqtisad böhran mərhələsini keçdikdən sonra, iqtisadi vəziyyət sabitləşdikcə bəzi kadrlara  ehtiyac yaranacaq”.  2014/2015-ci tədris ilində ali təhsil müəssisələrində ümumilikdə 153 min tələbənin oxuduğunu bildirən Mətləb Mahmudun sözlərinə görə, ilin sonuna 131 min tələbənin dövlət, 2183-nün isə özəl təhsil müəssisələrində oxuduğu məlum olub: "Özəl ali məktəblərə tələbə qəbulu kəskin şəkildə azalıb. 2013-2014-cü ildə dövlət müəssisələrində 126 min tələbə təhsil alırdısa, özəl ali məktəblərdə  onların sayı  20383 idi. Dövlət planına əsasən, həmin ixtisaslar üzrə mütəxəssis hazırlığına ehtiyac olmayıb”.  Ekspert bildirdi ki, ƏƏSMN-nin tapşırığına əsasən, 6 ay ərzində bütün rayonlarda ictimai işlər üçün yerlər açılacaq: "Hasar rəngləmək, küçə asfaltlamaq, ağac əkmək kimi işlərə üstünlük verilməklə əhalinin iş üçün başqa ölkələrə miqrasiya etməsinin də qarşısı alınacaq. Çünki artıq 120 min iş yeri itirilib, hardasa 200 min iş yerinin itiriləcəyi də gözlənilir”.  

İlə 100 hüquqşünas kifayətdir 

XXI Əsr Təhsil Mərkəzinin rəhbəri  Etibar Əliyev hesab edir ki, eyni ixtisaslar olan məktəblər rasionallaşmalıdır. Ekspertin fikrincə, eyni ixtisaslar verən ali məktəblər birləşdirildikdə, tələbə kontingenti sabit qalacaq: "Bir vaxtlar Slavyan Universitetində, Dillər Universitetində və bir çox ali məktəblərdə beynəlxalq münasibətlər ixtisasları yaradıldı. Halbuki bu ixtisasların açılması  prestijinə görə hesablanmamlıdır.  Hətta bir çox ali məktəblərdə ibtidai təhsilin metodikası ixtisasları da açıldı. Hesab edərəm ki, belə eyni ixtisaslar mütləq rasionallaşmalıdır. Hansı ali məktəbin kadr hazırlığı yüksək səviyyədədirsə, bunlar analiz olunmalı və onların maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində iş görülməlidir",  Ekspertin fikrincə, əmək bazarı analiz edilərkən kənd təsərrüfatı, iqtisadiyyat, sosial və digər sahələrdə işsizlər ordusunun yaranmaması da nəzərə alınmalıdır: "Hər il neçə min müəllim, həkim işə düzəlmək üçün sənəd verir.  Mənim fikrimcə, hər il 100-150 hüquqşünasın hazırlanması kifayət edər. Amma məsələn, İKT sahəsində mütəxəssis hazırlığının sayını artırmaq olar. Keyfiyyətli müəllim hazırlığı üçün islahatlar aparılmasına da, güman edirəm ki, ehtiyac var”.  Ekspert hesab edir ki, ali məktəblərin  əmək bazarının tələbatına uyğun kadr hazırlaması üçün tərəflər arasında sıx əməkdaşlıq aparılsa, dəqiq statistika müəyyənləşsə, ümumi işin xeyrinə olar: "Qərb ölkələrində əmək bazarının tələbatına  uyğun kadr hazırlığı üçün universitetlərlə əmək birjalarının əməkdaşlıq şəbəkəsi formalaşır.  Bu gün 10 mindən çox Azərbaycan vətəndaşı xarici ölkələrdə təhsil alır. İstənilən halda şirkətlər, müəssisələr xaricdə təhsil alıb gələn kadrlara daha böyük üstünlük verməli olacaqlar. Qərbdə tələbənin təhsil səviyyəsi, kadr hazırlığı izlənir, tələbə kontingenti sifariş əsasında müəyyənləşir. Şirkətlər, müəssisələrdə işləmək üçün prestijli ali məktəblərə sifarişlər verilir, tələbənin təhsil haqqı da ödənir. Bizdə belə bir ənənə formalaşmayıb. Tək-tük belə nümunələr tapmaq olar. Ona görə hesab edirəm ki, ali məktəbi bitirən məzunlar bazarın stixiyasına buraxılmamalıdır. Kim iş tapdı, tapdı, bəs yerdə qalan işsizlərin  taleyi necə olsun? Nəzərə alınmalıdır ki, indiki gənclik aşağı əməkhaqqı ilə işləmək istəmir. Belə olsaydı, hamı Milli Elmlər Akademiyasına üz tutardı". (teleqraf.com)
 
Demokratik.Az
Xəbər 4589 dəfə oxunub






Oxşar xəbərlər

"İMC" 2-ci “dəyirmi masa”sını Qazaxda keçirib
Şəhid övladı prezidentdən ev istəyir - MÜRACİƏT
ADAU-da təlimlər - yeni subsidiya qaydaları
Zaqatalada fındıq oğruları tutuldu
Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28493] initstartout [0.00017] initstartin [0.00085] calstart [0.01003] calend [0.00062] topnewsend [0.00443] rsssend [0.00000] ehgend [0.03087] tagsstart [0.00078] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23716]