PKK-ya snayper hazırlayan dövlətlərin adı açıqlandı – FOTOLAR

  • 23 yan 2016, 17:34

Türkiyə hərbi kəşfiyyatı PKK terror təşkilatı üçün döyüşən snayperlərin arxasında dayanan dövlətlərin adını açıqlayıb.

 

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, araşdırma zamanı məlum olub ki, PKK-nın snayperləri Suriyanın Lazikiyə və Kobani şəhərlərində Bəşər Əsəd və rus hərbiçiləri tərəfindən xüsusi təlim keçərək, Türkiyəyə göndərilir.

 

Türkiyə kəşfiyyatının əldə etdiyi məlumata görə, hazırda Suriyada PKK terrorçuları üçün təlim keçən 4 hərbi düşərgə mövcuddur. PKK-çılar rus istehsalı olan silahlarla təlim keçirlər.

 

Bundan əlavə, Suriya PKK yaraqlılarını partladıcı maddələr və bomba hazırlanması üçün lazım olan ləvazimatlarla da təmin edir.

 

Vasif Həsənli   

 

* Fotoları təqdim edirik
Oxşar xəbərlər